Qalisiya taxıl anbarı

Qalisiya taxıl anbarı

Qalisiya taxıl anbarı (qalis. Hórreo galego) — İspaniyanın Qalisiya bölgəsində qarğıdalı və digər dənli bitkiləri öyütməzdən qabaq saxlamaq üçün istifadə olunan anbar tipi. Anbarın uzun və dar quruluşu havanın içəridə dolaşmasını asanlaşdırır. Uzun boylu forması və tikildiyi material taxılı nəmdən qoruyur. Üzərində durduğu ayaqlar zərərvericilərin ona dırmaşmasını çətinləşdirir.[1]

XIII əsrdə X Alfonsonun əmri ilə yazılmış "Müqəddəs Məryəm mahnıları" kitabında bu tip anbarların sxemi tapılmışdır. Çörək üçün lazım olan qarğıdalı əkininin artması ilə birlikdə taxıl anbarlarının da sayı artmışdır.

1973-cü ildə İspaniya hökuməti Qalisiya və Asturiyadakı bütün istifadə olunmayan qədim Qalisiya taxıl anbarlarını qorumaq qərarını vermişdir. 1768-ci ildə Karnotada inşa edilən bütün taxıl anbarları tarixi abidə kimi qəbul olunur.

Taxıl anbarları 20 metrə qədər müxtəlif boylarda ola bilir. Anbarların gövdəsi qranitdən olub, divar panelləri ya daşdan, ya da taxtadan hazırlanır. Anbarın damı isə əsasən kərpicdən ibarət olur.[1] Ənənəvi forması dördbucaqlı olsa da, bəzən L şəklində, dairə, kvadrat şəkillərində olurlar. Sayıları azalsa da, hazırda İspaniyada 30.000 Qalisiya taxıl anbarı vardır.[2]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Arxivlənmiş surət". 2015-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-08.
  2. "Anbar kolleksiyaçıları". elpais.com.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]