Qallacov Abdulla

Qallacov Abdulla - Təxminən 1820-1870-ci illərdə Car-Balakən bölgəsində, bölgənin tanınmış, sayılan və sözü keçən şəxslərdən biri olub. 1863-cü ildə Çar Rusyasının xristianlaşdırma siyasətinə qarşı qaldırılmış üsyanın başlamasında böyük rolu olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Qallacov Abdulla Car-Balakənin ən böyük və sayılıb seçilən nəsli olan Qallacovlar nəslindən idi. Nə vaxt doğulub nə vaxt vəfat etdiyi məlum olmasada təxmini olaraq 1820-ci illərdə doğulub və 1870-ci illərdə Uzaq sibirdə "Dizenteriya[1]" xəstəliyindən vəfat edib. O, Balakən əhalisinin Çar Rusyası tərəfindən xristianlaşması üçün kilsə tikilən zaman buna mane olmuş və iki xristian keşişi öldürüb, daha sonra Uzaq sibirə[2] sürgün olunub və orada vəfat edib. Məzarının harada olduğu isə hələdə məlum deyil.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Çar Rusyası Şimali Azərbaycanda əhalini xristianlaşdırma siyasətinə Zaqatala dairəsinə birləşdirilmiş Balakən rayonundan başladı. Bölgədəki İngiloyların bir hissəsini xristianlaşdırdıqdan sonra Car-Balakən camaatlığını da xristianlaşdıraraq Gürcüstana birləşdirmək Çar Rusyasının "əhalini xristianlaşdırma" siyasətinin əsasını təşkil edirdi. Bunu etmək üçün isə Tbilisi Qubernatorunun Balakən üzrə nümayəndəsi, yenə Qallacovlar nəslindən olan, xristian dinini qəbul edərək adını "Georgi" adına dəyişmiş və eyni zamanda Qallacov Abdullanın qayını olan Qallacov Georgiyə, Balakənin bu dəqiqə Nəriman Nərimanov küçəsi olaraq tanınan hissəsində kilsə tikməyi tapşırır, Georgi isə bu təklifi qəbul edir və kilsənin tikintisinə başlamaq üçün Balakənə keşişləri dəvət edir. Keşişlər kilsə tikintisinin təməlqoyma mərasiminə xeyir-dua verməli idilər. Kilsə, hal-hazırda rayon Hərbi Komissarlığının binasının yerləşdiyi yerdə inşa edilməli idi. Əhalinin bu məsələ ilə bağlı ciddi narazılığı olsa da, açıq-aşkar etiraz etməyə cürət etmirdilər. Həmin vaxt Qallacov Abdulla oradan keçərək yaxınlıqda yerləşən evinə tərəf gedərkən Georgi yeznəsi Abdullanı çağıraraq deyir: "Sən hörmətli adamsan, ona görə də xristianlığın qəbuluna nümunə üçün sənin oğlanlarından başlamaq istəyirəm. Get, oğlanlarını xaç suyuna çəkmək üçün gətir." Abdulla cavabında - "Burda ol, indi gətirirəm" deyərək evə tərəf tələsir. Abdulla evə çatan kimi yoldaşını səsləyir və deyir - "Qardaşın, xristianlığı qəbul edib, kilsə tikdirib, uşaqları xaç suyuna çəkmək istəyir, dindən dönməyin qarşılığı ölümdür! Sən bu işə nə deyirsən?" Yoldaşı isə cavabında heç təmkinini pozmadan - "O qardaşın qanını sənə halal edirəm." deyir. Abdulla gülümsəyir və - "Doğurdan da mənə layiq insansan, səndən elə bu cavabı gözləyirdim" deyir və xəncərini gətirməyini istəyir. Xəncərini belinə bağlayıb, kilsənin tikiləcəyi yerə yaxınlaşır. Gözləri ilə Georgini axtarsa da, onu görə bilmir. Georgi çıxıb getmişdi. Ancaq gözlərini qan örtmüş Abdulla tikintiyə yaxınlaşaraq xeyir-dua psalomları oxuyan keşişlərdən birini və bir yüksək rus zabitini xəncərlə doğrayır. Digər işcilər bir anda qaçıb yaxalarını qurtarırlar. Sonradan Çar əsgərləri Abdullanı qandallayıb Tiflisə aparırlar. Onu edam hökmü gözləsə də, onun yoldaşı Abdullaya məxsus torpaqları sataraq iki məcməyi qızılı qan diyəti (əvəzi) olaraq ödədiyi üçün edam hökmü uzaq Sibirə sürgünlə əvəz edilir. Qallacov Abdullanın bu hərəkətindən sonra Car-Balakən bölgəsində çarizmin xristianlaşdırma siyasətinə qarşı Hacı Murtuzun rəhbərliyi ilə üsyan başlayır və nəticədə çar Rusyası bölgənin xristianlaşdırılması siyasətindən vaz keçməyə məcbur olur.

Nəticədə Qallacov Abdulla öz dini uğrunda var-dövlətindən, dörd oğlundan və əsasda ki, öz həyatından imtina edir və din uğrunda şəhid olur. Qallacov Abdulla uzaq Sibirdə vəfat etdikdə orada onunla birlikdə sürgündə olan müsəlman azərbaycanlılar onu müsəlman adət-ənənəsilə dəfn edirlər.

Qısaca Məlumat[redaktə | mənbəni redaktə et]

Doğum tarixi: Təxminən 1820-ci illər

Doğum yeri: Balakən, Azərbaycan

Vəfat tarixi: Təxminən 1870-ci illər

Vəfat yeri: Uzaq Sibir

Vəfat səbəbi: Dizenteriya xəstəliyi

Həyat yoldaşı: Qallacova Pirdas

Uşaqları: Qallacov Məhəmməd, Qallacov Həybullah, Qalacov Surağat, Qallacov Hacı Mahmud

  1. (#empty_citation)
  2. (#empty_citation)