Qamış bayramı və ya Qamış rəqsi — Esvatiniin Manzini şəhər stadionunda hər il keçirilən bayram.
Qamış bayramı zamanı on minlərlə bakirə qız stadiona toplaşır, qurşaqdan yuxarı lüt rəqs edir, əllərində tutduqları qamışları yellədir və kralın diqqətini cəlb etməyə çalışırdılar.
43 yaşlı kral da ən yaxşı rəqs edən, qamışı ən yaxşı yellədən qızı seçir və onu saraya aparırdı. Orada yeni arvadına "saray" adlanan yeni ev tikdirən kral ənənəyə görə, "Qamış bayramı"nda seçilmiş "gəlin"ə bahalı maşın almalıydı.
Həmin izdivacdan uşaq doğulanda isə bayramda seçilmiş qız kraliçaya, kralın yeni arvadına çevrilirdi.