Qamazidlər (lat. Gamasoidea) — parasitiformes dəstəsinə aid gənə qrupu. Təqribən 20 fəsiləni əhatə edir. Uzunluğu 0,3-4 mm-dir. Oval və ya uzunsov qılcıqlarla örtülüdür. Yumurta qoymaqla, bir çox növü diri doğmaqla çoxalır. İnkişafı metamorfozladır, mövsüm ərzində bir neçə nəsil verir. Torpaqda çürüməkdə olan üzvi qalıqlarda, zirzəmi, hin və yuvalarda yaşayır. Qamazidlərin əksəriyyəti sürünənlərin, quşların, məməlilərin bədənində parazitlik edir. Bəziləri siçovul səpgili yatalağı, taun və s. xəstəliklərin törədicilərini yoluxdurur. Qamazidlər və onların sürfələri piretrum və heksaxloran ilə məhv edilir. Xəstə heyvanların saxlandığı binalar xlorofos məhlulu və s. insektisillərlə dezinfeksiya olunur.