Qanın üç rəngi

Qanın üç rəngiÇingiz Abdullayevin Dünya Detektiv Ədəbiyyatının Qızıl Fonduna düşən detektiv romanlarından biri.[1] Heydər Əliyevin “Əsrin müqaviləsi”nə aparan yolda necə böyük maneələrlə, hətta ölüm təhlükəsi ilə üzləşdiyi hadisələr romanda öz əksini tapmışdır.[2]

Qanın üç rəngi
Три цвета крови
Janr roman
Müəllif Çingiz Abdullayev
Orijinal dili rus
Nəşr ili 1996
Nəşriyyat Проф-Пресс
ISBN ISBN 5-88475-176-1

“Əsrin müqaviləsi”nin ərsəyə gəlməsində mühüm amilllərdən biri də neftin Avropaya gedəcəyi marşrutu müəyyən etməkdən ibarət idi. İki təklif gündəmə gəlir: Rusiyadan keçməklə mövcud Novorossiyk marşrutu, yoxsa Gürcüstan və Türkiyədən keçməklə yeni Bakı-Ceyhan neft kəmərinin çəkilməsi? Siyasi müstəqilliyə aparan yolu Azərbaycan Prezidenti Heydər Əliyev mütləq şəkildə ikinci variantda görür və Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə müqavilə imzalamağa hazırlaşır. Detektiv roman iyun ayının 12-də Bakıda imzalanacaq həmin müqavilə ətrafında cərəyan edən gizli və gözəgörünməz, müdhiş əhvalatlardan mövzu alır.

  1. (az.). www.yarat.az. 5.12.2015 https://web.archive.org/web/20221229055615/http://www.yarat.az/index.php?lang=az&page=12&yrtMaincatID=13&yrtSubcatID=1&yrtEventID=1729 (#bare_url_missing_title). Archived from the original on 2022-12-29.
  2. "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" (PDF) (Az.). https://literature.az/. Archived from the original on 2022-12-28.