Qan ləkəsi (roman)

Qan Ləkəsi
Müəllif Elxan Elatlı
Janr Dedektiv
Orijinalın dili Azərbaycan
Ölkə Azərbaycan
Nəşriyyat TEAS Press
Səhifə 700
ISBN İSBN9789952540024

Qan ləkəsi —romanı tanınmış detektiv ustası, vətən­pərvər yazıçı Elxan Elatlının yaradıcılığında ən iri­həcmli əsərdir. Buna baxmayaraq, birnəfəsə oxunur və indiyədək saysız-hesabsız oxucu kütləsinin qəlbini fəth etmişdir. Romanda Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının, Azərbaycan polisinin çətin və şərəfli fəaliyyətindən, düşmənlərimizin iyrənc siyasətindən, ağlasığmaz cinayətlərdən, iki güclü Azərbaycan türkü ailəsinin qanlı qarşıdurmasından bəhs olunur. Fikrimizcə, “Qan ləkəsi” romanı ədəbiyyatımızda milli birliyi təbliğ edən ən güclü əsərdir.[1]

Məzmun[redaktə | mənbəni redaktə et]

Namus üstündə törədilmiş qətl... Bu qətlin qan donduran amansız qisası... Peşəkar erməni agentin hiyləgər planları və şəxsən öz əlləri ilə Bakıda törədilmiş silsilə qanlı cinayətlər... Uğursuz əməliyyat-axtarış tədbirləri, sonu görünməyən istintaq və təhqiqatlar... Azərbaycan polisinin və xüsusi xidmət orqanları əməkdaşlarının gərgin axtarışları... Məcnunanə sevgi, çirkin xəyanət, qısqanclıq, zorlama, şər-böhtan, ailə faciələri... Hər şey ondan başlayır ki, Bakıda məşhur iş adamının erməni əsilli arvadından olan oğlu binamusluq üstə öldürülür. Əsl qatilin əvəzinə səhvən başqası həbs edilir. Lakin iş adamı oğlunun qatilinin adını öz əlaltıları vasitəsilə tezliklə öyrənir və onun bütün ailəsini məhv etmək üçün Moskvada yaşayan qaynını – Kobra ləqəbli qaniçən erməni killeri Azərbaycana çağırır. Türk qanına susamış Kobra saxta sənədlə Bakıya gəlir və burada ardıcıl qətllər törətməklə kifayətlənmir, eyni zamanda öz xəbis planı ilə iki böyük türk ailəsini üz-üzə qoyur, onları nahaqdan qan düşməninə çevirir. Lakin əgər bu qəddar Bakı ermənisi bilsəydi ki burada onun yaxası xüsusi xidmət orqanlarının cəsur əməkdaşı, mayor Ələmdar Məlikovun əlinə keçəcək, Azərbaycana gəlməyə cürət etməzdi...[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.
  2. "Arxivlənmiş surət". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.