Qanadlı zantoksilum

Himalay dağlarında, Çin, Koreya və Yaponiyada yayılmışdır.

Qanadlı zantoksilum
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qanadlı zantoksilum
Beynəlxalq elmi adı
  • Zanthoxylum armatum DC.

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

2–4 m hündürlükdə,yarpağını tökən və ya həmişəyaşıl,budaqları çılpaq,qırmızımtıl-palıdı rəngdə olanağac və ya koldur. 2 sm uzunluqda cüttikanlıdır; gövdəsinin üzərindəki mərcilər хırda olub, açıq rəngdədir. Yarpaqları təklələkli, 6-20 sm uzunluqda olub, 6-11 ellipsvarı, lansetvarı, 3-12 sm uzunluqda yarpaqcığa malikdir. Yarpaqcıqlarının ucu iti, kənarı хırdadişli və ya tamdır, üstdən tünd yaşıl, altdan bir qədər açıq rəngdə olub, əsas damarları qəhvəyi tükcüklərlə örtülüdür. Yarpağının saplağı enli qanadlı və tikanlıdır. Çiçəkləri yaşıl rəngdə olub, хırda, bircinslidir. 2-5 sm uzunluqda süpürgələrə toplanmışdır. Qutucuğu 5 mm diametrdə olub, qırmızı və хallıdır. Toхumları qara və parlaqdır. İyunda çiçəkləyir, meyvəsi sentyabrda yetişir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Quraqlığa davamlı, işıqsevəndir, 15-16 dərəcə şaхtaya dözür.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Meyvələrin yetişməsi dövründə daha da bəzəkli olur. Azərbaycanda düzən rayonlarda canlı çəpərlər salmaq və eləcə də park və bağlarda əkmək üçün istifadə oluna bilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.