Qanaxma — hər hansı travma zamanı qan damarlarının zədələnməsidir. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır.
Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür.
Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır. Əlamətlər:
Bu halda qanı ürəkdən orqanlara daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olan belə qan duru və açıq qırmızı rəngdə olur. Belə qanaxma zamanı qan, yaradan güclü fontan şəklində axır, qan ürək nəbzinə uyğun olaraq pulsasiya edir.
Əlamətlər:
Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq üçün tədbirlər görülməlidir. Turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə zədə nahiyəsindən yuxarıda iri magistral damarları turna ilə sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Əl altında heç nə olmadıqda iri magistral damarı barmaqla sümüyə doğru sıxmaq lazımdır. Turnanın qoyulduğu vaxt qeyd edilməlidir. Çünki 1–2 saatdan sonra 2–3 dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə bilər. Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. Kapilyar qanaxma zamanı adi sarğı qoyduqda qanaxma dayanır. Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir. Burun qanaxması zamanı burnun içərisinə hidrogen peroksid məhlulu ilə isladılmış pambıq və ya bint yerləşdirmək, burun pərlərini bir-birinə sıxmaq, burnun üzərinə buz qoymaq lazımdır. Ağ ciyərlərdən qanaxma olarsa (bu zaman köpüklü al qırmızı qan gəlir) zərərçəkənə yarımoturaq vəziyyət vermək, döş qəfəsi üzərinə buz döşəmək, öskürəyi azaldan dərmanlar vermək lazımdır. Qanlı qusma olarsa (bu zaman qusuntu kofe çöküntüsünə oxşayır) xəstəyə tam sakitlik verilməli, qarnının üstünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir.
Zədələnmiş damarın yarada bağlanması:
Yarada kəsilmiş damarın hər iki ucu tapılır, alətlə tutulur və hər biri ayrılıqda – kiçik damarlar ketqut iri damarlar isə ipək sapla bağlanılır. Magistral arteriyaların bağlanması olduqca təhlükəlidir. Məs. ümumi yaxud daxili yuxu arteriyalarından birinin bağlanması 70 %-ə qədər hallarda ölüm, bazu arteriyasının bağlanması 50% və bud arteriyasının budun dərin arteriyasından yuxarıda bağlanması isə 60% hallarda ətrafın qanqrenasını verir.
Damarların ətraf toxumalarla birgə bağlanması, yaxud tikilməsi. Yaranın irinləmə təhlükəsi. yaxud sapın damardan sürüşmə ehtimalı olduğu hallarda, damar ətraf yumşaq toxumalarla birgə tikilir, yaxud həmin toxumalarla birgə bağlanılır.
Damarın boy uzunu (gedişi boyu) bağlanması (Hünter üsulü). Yarada qanaxmanı dayandırmaq mümkün olmadıqda (yaxud yaradan arroziv qanaxma olduqda) yaradan yuxanda (ürəyə doğru) magistral damar operativ kəsiklə əldə edilərək, ona liqatura qoyurlar. Hünter üsulundan çıxılmaz vəziyyətlərdə əlacsızlıqdan istifadə edilir. Belə ki, iri kalibrli magistral damar bağlanıldıqda daha geniş sahədə toxumaların qidalanması pozulur. Damarın gedişi boyu bağlanmasında koilateral qan dövranının hesabına periferik hissədən qanaxma müşahidə edilir. Hünter üsulundan ancaq ciddi göstərişlər olduqda istifadə edilməlidir: Çoxlu əzələ kütləsi içərisində zədələnmiş damarı tapmaq mümkün olmadıqda (dildən olan güclü qanaxmalarda dil arteriyasının boyunda
Piroqov üçbucağında bağlanması; sağrı əzələlərindən profuz qanaxma olan hallarda müvafiq tərəfdə daxili qalça arteriyasının baglanması və s)
Damarın burulması. Kiçik qanayan damarlar sıxıcı alətlərlə tutulur və bir neçə dəfə burulur.
Yaranın tamponadası. Yumşaq toxumaların dərın yaralarında, qara cıyərin zədələlənmələrində bəzən yaranı yumşaq tamponlarla kip doldururlar-yaranın tamponadası. lnteksiyalaşma ehtimalı olduğu üçön tamponlar 1–2 sutkadan çox saxlanılmamalıdır.
Damarların süni embolizasiyası. Seldinger üsulu ilə bud arteriyası kateterizasiya olunaraq. kateter televizorizor ekranı altında qanaxma zooasma yendiiir. kontrast vurulmaqla rentgen şəkli çəkilərək qanaxma mənbəyi dəqiqləşdirilir. Sonra həmin kateterdən damarın qana>an yerinə süni embol (spirak silikon, jelatin. tez donatı spirt, polistirol ə s.) yeridilməklə damarın mənfəzi tutulur və sonra tromboz baş verir. Damarlann embolizasiyasından ağ ciyər xərçəngində qanaxmalar olduqda, arroziv qanaxmalarda. beyin əsas da- marlarının partlama təhlükəsi olan anevrizmalarinda və s. hallarda islifadə edilir. Bu üsul xüsusi aparatlar tələb edir.
Daxili qanaxmalar zamanı üzvüm anatomik tamlığı pozulduğu hallarda (dalagın partlaması və yaralanmalarında yaranın tikilməsi, qütbünün rezeksiyası., splenektomiya; qara ciyərin yaralanmalarında yaranın tikilməsi, ürək yarasına tikişin qoyulması və s.) və digər mənşəli qanaxmalarda (məs. şiş, yaxud xora mənşəli mədə qanaxmasında mədə rezeksiyası və.s) müvafiq cərrahiyə əməliyyatının aparılması, yaxud digər vasitələrdən istifadə edilməsi (məs. portal hipertenziyada arikoz genəlmiş yemək borusu venalarindan qanaxmant saxla- maq üzün Blekmor zondunun işlədilməsi).
Qanayan damara klipsin qoyulması. Bu üsuldan cərrahi əməliyyatın gedişində. yaxud laparoskopik əməliyatlarda istifadə edilir.
Damarların fasiləsizliyinin təmini. Zədələnmiş damarların bərpası üçün 110-dan çox üsul vardır. Bunları şərti olaraq 5 yerə bölmək olar. damar tikişgəni yaptşqandan istifadə edilən üsullar, damarın həlqələrlə və qaynaqla birləşdirilməsi, damarların translantasiyası.)Haztrda damarlan tikmək üçün əl və mexaniki (damar tikən aparatlarla) tikişlərdən istifadə edilir. Ən çox işlədilən əl tikişləri xüsusi atravmatik iynələrin köməyilə qoyulur. Damar tikişlərinin 60-dan çox növü vardır (Karreİ tikişi, Xenkin tikişi, Solovyov tikişi, C. Haciyev-B. Abasov tikişi, B. Aşurov tikişi və b).
Damarları yapışdırmaq üçün MK-1, MK-2, Tissukol, akrilmetakrilat və s. yapışqanlardan istifadə edilir.
Bəzən damarları uc-uca birləşdirmək məqsədilə xüsusi qırmaqlı həlqələr (məs. Donetsk həlqəsi) işlədilir.
Müasir klinikalarda damarların tamlığını bərpa etmək üçün ultrasəs və lazer şüaları ilə qaynaqdan istifadə edilir.
Damarların kəsilmiş ucları arasındakı məsafə 3–5 sm və daha çox olduqda onları yaxınlaşdırıb tikmək mümkün olmur. Belə hallarda damarlarda plastik əməliyyatlar aparırlar. Rekonstruktiv müdaxilələr zamanı damarın çatmayan hissəsinin yerinə xəstənin özünün ikinci dərəcəli arteriyalarindan (məs.budun dərin, xarici yuxu, mil arteriyalarmdan – autoarterial plastika), venalanndan (məs. budun böyük dərialtı venasindan-autovenoz plastika), konservləşdirilmiş, yaxud liofilizə olunmuş insan meyiti damarlarından (allotransplant- tasiya), heyvan mənşəli damarlardan (ksenotransplantasiya) və süni materiallardan (lavsan, dakron iyvalon, velyur, qorteks və s.) hazırlanmış süni damarlardan (eksplantasiya) istifadə edilir. Diametri 1,0 sm-ə qədər olan damarlar üçün automateriallar, daha iri damarlar üçün isə eksplantatlar özünü doğruldur. Damarların yan divartnın zədələnməsində mənfəzin daralmasının qarşısını almaq üçün onun divarmı damar və qcyri- damar mənşəli automateriallarla (fassiya, aponevroz və s.) və sintetik protezlərlə "yamayırlar" (Məs. B. Abasov, C. Hacıyev və A. Kərimov öz ixtiralarmda ümumi yuxu arteriyası və onun şaxələrinin yan divarlarının zədələnmələrində damar mənşəli automateriallar olmadıqda yan divarın gicgah aponevrozu ilə autoplastikasının aparılmasını təklif edirlər).
Fiziki üsulların əsasında soyuğun təsirindən damarların spazma uğraması, istinin təsirindən isə zülalların koaqulyasiyası və trombun əmələ gəlməsinin sürətlənməsi durur. Fiziki üsullara aiddir:
Bu əlamət müxtəlif mədə xəstəliklərinin ən ciddi və təhlükəli ağırlaşmalarından biri hesab edilir. Bəzi hallarda qanaxma bu və ya digər mədə xəstəliyinin aparıcı əlamətlərindən biri kimi böyük diaqnostik əhəmiyyət kəsb edir. Mədə-bağırsaq traktının xəstəliklərində qanaxma olduqda qan ağız boşluğundan və ya bağırsaqlardan, yaxud bunların hər ikisindən eyni vaxta xaric oluna bilər. Daha çox hallarda ağız boşluğundan qanaxma mədə xorası və ya mədə xərçənginin, eroziv qastritin və bu xəstəliklər zamanı damarların divarının xoralaşması əlaməti ola bilər. Bununla belə yadda saxlamaq lazımdır ki, belə qanaxma qaraciyər sirrozu zamanı qida borusunun varikoz genişlənmiş venalarından, həmçinin hemorragik diatezlər (verə bilər. Mədə qanaxmasının digər səbəbləri mədə polipləri, divertikulları və xoşxassəli şişlər, mədə vərəmi və sifilisi, damar xəstəlikləri və qanın laxtalanma sisteminin xəstəlikləri də ola bilər.
Mədə qanaxmasının əsas əlamətləri (birbaşa əlamətləri) qanqusma (haematemesis) və qara qətranabənzər nəcis ifrazının (maelena) olmasıdır. Qanqusma bir qayda olaraq qanaxma nəticəsində mədədə qanın miqdarı 500 ml-dən artıq olan hallarda müşahidə olunur. Bu zaman qusuntu kütləllərinin rəngi xlorid turşusunun sekresiyasının vəziyyəti və qanaxmanın sürəti ilə təyin edilir. Belə ki, mədənin turşu ifrazetmə funksiyasının saxlanılmış olduğu hallarda qusuntu kütlələri qəhvə xıltı rəngini alır. Bu xlorid turşulu hematinin əmələ gəlməsi ilə izah olunur. Xlorid turşusunun sekresiyasi aşağı olan xəstələrdə qusuntu kütlələrində dəyişilməmiş qan qarışığını aşkar etmək mümkündür. Bununla belə külli miqdarda və sürətli qanaxma zamanı al qırmızı rəngli qan qusma mədə turşuluğu saxlanılmış olduqda belə müşahidə edilə bilər. Melena əksər hallarda qanqusmanı müşayiət edir, hərçənd ki, qanqusma olmadan da müşahidə oluna bilər. O, adətən qanaxmadan 8–12 saat sonra meydana çıxır, nəcisdə qara rəngi dəmir-sulfidin, həmçinin proto və deyteroporfirinlərin əmələ gəlməsi ilə əlaqədardır. Bu maddələr bağırsaqlarda fermentativ proses-lər nəticəsində hemoqlobindən əmələ gəlirlər. Bəzi hallarda mədə qanaxması zamanı (hətta profuz, güclü) qanqusma və melena əlamətləri olmur və bu zaman kliniki mənzərədən ön plana zəiflik, baş-gicəllənmə, huşun itməsi, AT-nin enməsi, taxikardiya və s. kimi ümumi əlamətlər çıxır. Mədə qanaxmanın gecikmiş mərhələsində prosesə digər orqan və sistemlərin zədələnmə əlamətlərinin qoşulması müşahidə olunur.
Güclü mədə qanaxmasından sonra xəstələrin dərisinin və selikli qişalarının nəzərəçarpan avazıması müşahidə edilir. Belə avazıma, həmçinin nəcislə birgə az miqdarda qanın gizli və uzun müddət ərzində xaric olunması zamanı da nəzərə çarpır. Dəri örtüklərinin mumabənzər və ya torpaq rəngini alması mədə xərçənginin gecikmiş mərhələlərində baş verir.
Bağırsaq qanaxması müxtəlif xəstəliklərin vacib diaqnostik əlaməti hesab edilir. Bu simptoma bağırsaq şişləri, babasil, QSXK, dizinteriya, qarın yatalağı, bağırdak divertikulları, müsariqə arteriyalarının tromvozu zamanı rast gəlinir. Nazik bağırsağın zədələnməsi zamanı qanaxma adətən, qara rəngli qatranabənzər nəcis ifrazı (melena) ilə təzahür olunur. Qanaxma mənbəyinin yoğun bağırsaqda yerləşdiyi hallarda nəcisə rəngi dəyişməmiş al-qırmızı rəngli qan qarışır. Dizinteriya və S-əbənzər bağırsaq xərçəngi zamanı adətən qanın selik və nəcislə qarışması baş verir. Babasil zamanı defekasiya aktının sonunda təmiz al-qırmızı qan damcılarının xaric edilməsi müşahidə edilir.
Bu zaman əlamətlər travmadan bir müddət sonra özünü göstərir: