Qanlı Bakı (film, 1994)

Film 1990-cı ildə Bakı şəhərində baş vermiş qanlı yanvar hadisələrindən bəhs edir. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları qanunsuz olaraq Bakı şəhərinə yeridildi. Şəhərin yüzlərlə dinc əhalisi odlu silahdan, zirehli texnikadan açılan atəşlərə məruz qaldılar. O günlər yüzlərlə günahsız insanlar şəhid oldular. Həmin gün 20 yanvar hadisəsi SSRİ rəhbərlərinin şovinist maskalarını açıb ifşa etməklə yanaşı, Azərbaycan tarixini ən parlaq səhifələrindən biri oldu. 20 yanvar Azərbaycan xalqının azadlığa, müstəqilliyə doğru ən böyük addımlarından biri idi. Nə qədər ki, Azərbaycan dövləti azaddır, müstəqildir, bir o qədər də şəhidlərimizin ruhu şad olacaqdır.[1]

Qanlı Bakı
Fayl:Qanlı Bakı (film, 1994).jpg
Janr tarixi
Rejissor Aydın Dadaşov
Ssenari müəllifi Sadıq Elcanlı
Operatorlar Ələkbər Muradov
Eldar Məmmədov
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1994
Filmin növü sənədli televiziya filmi
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1994
Rəng rəngli

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Sadıq Elcanlı
Rejissor: Aydın Dadaşov
Operator: Ələkbər Muradov, Eldar Məmmədov
Montaj: Gilana Axundova, Fuad Cabbarov
Səs rejissoru: Firudin Hüseynov
Direktor: Ələddin Vəliyev, Faiq Seyidməmmədov
  1. "Bizim filmlərimiz". AzTv. 2007-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]