Qanlıqala — Yuxarı Qarabağda Tərtərçay dərəsində qala adı. Başqa adı Lacınqaya.[1]
Tərtərçay vadisi Kiçik Qafqazda yerləşir. Tərtərçay vadisinin ən mühüm abidələrindən biri Xotavəng məbədi kompleksidir. Tərtər çayının sol sahilində inşa edilmiş bu abidə əfsanəyə görə İsanın 12 şagirdindən biri olan apostol Faddeyin qəbri üzərində, I əsrdə tikilmişdir. Halhazırda mövcud olan məbəd kompleksi, əsasən, XIII əsrdə inşa edilmiş baş kilsədən, yardımçı binalardan, bir neçə sövmədən, Şərab istehsalı 38 Müqəddəs Yelisey məbədində daşda atlı təsviri, emalatxanasından, mehmanxana binasından, qurbangahdan və bütün bunları əhatə edən qala divarlarından ibarətdir. Məbədin yazılarından birində burada Qarabağın Xaçın hökmdarlarından bir çoxunun və hətta XIII əsrin görkəmli Alban hökmdarı Həsən Calalın arvadı Mina xatunun dəfn olunduğu göstərilir.Xotavəngdə XIII əsrin görkəmli Alban ziyalısı Mxitar Qoş da olmuş və orada xatirə üçün nişanda da qoymuşdur.Tərtər dərəsinin ən mühüm abidələrindən biri də məşhur alban tarixçisi Moiseyin doğulduğu Kalankat yaşayış yeridir. Murov dağının cənub ətəklərində, Tərtərçayın sağ sahilində, hər tərəfi meşə ilə əhatə olunmu bu şəhər təbii-coğrafi cəhətdən gözəl bir guşədə salınmış və kiçik dağ çayı ilə iki hissəyə bölünmüşdür. Əvvəlcədən qeyd edək ki, şəhər hərbi strateji baxımdan son dərəcə əlverişli bir yerdə olub, bütün keçidlərdə dairəvi bürclərdən ibarət xüsusi qaraulxanalarla əhatə olunmuşdur. Bürclərin içərisi, daha doğrusu birinci mərtəbəsi, silah saxlamaq üçün istifadə olunmuşsa, II mərtəbə ancaq əsgərlərin dayanması üçün nəzərdə tutulmuşdur. Bürclərin demək olar ki, hamısı mazqallı idi. Kalankat şəhərində kəşfiyyat işləri zamanı, buranın ictimai və yaşayış binalarının qalıqları, mə'bəd kompleksləri və istehsalat ocaqları aşkar edilmiddir. ġəhərin ərazisində müxtəlif məzmunlu çoxlu epiqrafik abidələr (daş kitabələr) mövcuddur. Arxeoloji axtarışlar zamanı şəhərin ərazisində XII əsrə aid bitki yağı istehsal edən emalatxana aşkar edilmişdir. Bundan əlavə şəhərdə daşişləmə, dulusçuluq və dəri emalı kimi sahələr də geniş inkişaf etmişdir.
Tərtər dərəsində diqqəti cəlb edən abidələrdən biri də yerli əhali arasında Qanlıqala adı ilə məşhur olan Laçınqala abidəsidir. Tərtərçayın sol sahilində, indiki Ağdərə—Kəlbəcər yolunun sağında, sıldırım bir qayalıqda salınmış bu qalaya yerli camaat "quşqonmaz" da deyir. Laçınqala haqqında ilk məlumata XIII əsr gəncəli tarixçi Kirakosun əsərində təsadüf olunur. Laçın qayasındakı Qanlıqala XII əsrdə Xaçın hökmdarlığının gücləndiyi bir vaxta, təkcə qonşu feodallardan deyil, həm də yadelli işğalçılardan mühafiə olunmaq üçün tikilmişdir. 39 Bura Qanlıqala deyilməsinin səbəbi isə o idi ki, XIII əsrin əvvəllərində monqoltatarlar Tərtər dərəsinə hücum edərkən, əhalinin böyük bir qismi özünün qırğından xilas etmək üçün məhz Laçınqaya qalasına pənah gətirmişdir. Qalanın müdafiəsi işini Xaçın hökmdarı Həsən Calalın anası, gürcü çarı Tamaranın yanında yüksək dövlət vəzifələrinə sahib olmuş Zəkəriyyə və İravanənin bacısı Arzu xatun öz öhdəsinə götürmüşdü. 1240-cı ilin sonunda monqol tatarlar qalanı mühasirəyə alıb əhalini elə vəziyyətə saldılar ki, onların bir çoxu özünü qayadan atdı, digərləri isə qılıncdan keçirildi. Tarixçinin yazdığına görə qırğın nəticəsində çay qan ilə dolmuşdu. Qayanın döşündən qan sel kimi axırdı. Yəqin ki, məhz buna görə də əhali bu qayanı Qanlıqala adlandırır. Halhazırda Laçınqaya qalasının xeyli yerüstü abidələri mövcuddur. Bunların içərisində qala bürcləri, yeraltı yolun qalıqları, su təchizatı sistemi, ictimai və yaşayış binalarının qalıqları xüsusi yer tutur. Hal-hazırda Qanlıqala yerli əhalinin ziyarətgahına çevrilmişdir. Sanki bu qala yadelli işğalçılara qarşı mübarizə rəmzi kimi əsrlərlə xalqımızın yaddaşında müqəddəsləşmişdir.[2]