Qanlıtəpə — Şəmkir rayonu ərazisində,Şəmkir çayının sol sahilində, çayın Kürə töküldüyü yerin yaxınlığında qədim yaşayış yeridir. Hündürlüyü 10-12 metr, diametri 170-180 metr olan piramida formalı təpənin üstündə salınıb.Arxeoloji qazıntılar zamanı e.ə. III – b.e. V əsrlərinə aid maddi-mədəniyyət nümunələri tapılıb. Həmçinin ərazidən küp qəbirlər də aşkarlanıb.