Qanovuz

Qanovuz - al-əlvan ipək parça. Əsasən, Şərq ölkələrində geniş istehsal olunurdu. XIV-XIX əsrlərdə Azərbaycanda da (Şamaxı, Gəncə, Basqal və s.) yayılmışdı. İki növ vardır, yüngül, zərif növü bursa, ağır növü tafta adlanırdı. Keçmişdə Azərbaycanda gəlinlik paltarı da tikilirdi. Qanovuzun xalq arasında "şahi", "ördəkboynu", "səhər-axşam", "al-yaşıl" və s. adlarına təsadüf olunur. Hazırda, əsasən, Orta Asiyada istehsal olunur. Qanovuzdan yorğanüzü, xalat tikilir, çarşab və s. kimi istifadə edilir.