Qaqa (rəqs lüğəti)

Qaqa rəqs hərəkətləri dili və pedaqogikaBatsheva Dance Company direktoru və müəllimi Ohad Naharin tərəfindən hazırlanmışdır. Bu rəqs hərəkətləri texnikası bəzi İsrail müasir rəqslərində istifadə edilir, [1] onun İsraildə və bir sıra digər ölkələrdə tədris olunan iki təhsil istiqaməti var:

  • Qaqa/Rəqqaslar - Batşeva Rəqs Şirkətinin gündəlik təlimini əhatə edən təlim keçmiş rəqqaslar üçün nəzərdə tutulur.
  • Qaqa/İnsanlar - heç bir rəqs təhsili tələb etməyən geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur. [2]

Bir çox rəqqaslar deyirlər ki, Qaqa dərsləri onların rəqsə olan ehtirasını yenidən alovlandırıb və öz azadlıqları və yaradıcılıqları ilə özlərini dərk etməklə hərəkətləri arasında əlaqə yaratmaq üçün bu yeni bir cərəyandır.

Qaqa tələbələri somatik təcrübə və müəllimin təsvir etdiyi təsvirlər əsasında öz hərəkətlərini improvizasiya edir ki, bu da qeyri-ənənəvi hərəkəti təşviq edən çərçivə təmin edir.[3] Görüntülərlə diqqəti xüsusi bədən bölgələrinə yönəltməklə ifaçıların hərəkət ifadəliliyinə istiqamət verilir. Güzgülərdən istifadə edilmir, hərəkəti görməkdən daha çox hiss etmək və təsəvvür etməklə rəqslər idarə olunur.[4]

Qaqa hərəkət dili 1990-cı ildə rəqqas və Batsheva Dance Company - nin bədii rəhbəri Ohad Naharin tərəfindən yaradılmış və Naharinin rəqs və xoreoqrafiya sahəsindəki tədqiqatları ilə əlaqədar olaraq daha da inkişaf etdirilmişdir. Naharin Qaqanı aldığı bel zədəsinə reaksiya olaraq yaratmış oldu. Bu dil rəqqaslarla ünsiyyəti asanlaşdırmaq və onlara bədənlərinə qulluq etməkdə kömək etmək, eyni zamanda fiziki məhdudiyyətlərini yoxlamaq məqsədi daşıyır.[5] Dil daxilindəki terminologiya çox vaxt həzz və azadlığı vurğulayır.[6] İdeya ondan ibarətdir ki, ağıl bir çox işi öhdəsinə götürə bilər və bədən hələ də həzz almağa davam etdiyi müddətcə öz gücünü kəşf edə bilər; hərəkət maneəsiz ola bilər, çünki həzz zədələnmənin qarşısını alır.[6] Bu istiqamət hərəkət vərdişlərini pozmağa imkan verir, hissiyyata diqqət yetirir.[7]

Qaqa sinfi bədən hisslərinə giriş imkanı verən təlimatlar toplusudur. Hər bir təlimat rəqqasa fiziki tədqiqat yaratmaq üçün zehni yanaşmalardan istifadə etməyə kömək etmək üçündür. Qaqa xüsusi metodikasından istifadə olunmasına baxmayaraq, faktiki mühitdən və cəlb olunan insanlardan asılı olduğu üçün vahid sinfi strukturu yoxdur.

Üzən hiss (“float” olaraq adlandırılır) - Float cazibə qüvvəsinin varlığını gözardı etmir. Bununla belə, bədən cazibə qüvvəsinə tab gətirmək və ağırlığa riayət etməkdənsə, cazibə qüvvəsinə enerji qüvvəsi kimi yanaşılır.[8] Naharin bu haqda: "Biz bədən hissələrimizin ağırlığını hiss edirik, lakin formamız cazibə qüvvəsi ilə formalaşmır." [9] Əlavə olaraq, float rəqqasların şüur və aktivliyini gücləndirmək məqsədi daşıyır.[10]

Naharin rəqqasın Qaqa təcrübəsi boyunca aktivləşən bədən funksiyalarına xas Qaqa terminologiyasını da yaradıb.[8] Həmin terminoloji lüğət müxtəlif hərəkətləri ifadə edən "Biba", "Taşi", "Pika" və s. bu kimi sözlərdən və onların açıqlamasından ibarətdir.

Diqqəti həzzə yönəltmək

[redaktə | mənbəni redaktə et]

Naharin, bədən hərəkətləri anlarında həzz hisslərini xüsusilə vurğulayır. Onun fikri bundan ibarətdir ki, həzz həmişə bədən üçün faydalıdır. Bədəni sağlam saxlamaq üçün hərəkətlər mütləq həzzlə əlaqələndirilməlidir.[8] Qaqa rəqs texnikası Parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün fəaliyyət göstərən mərkəzlərdə də tədris olunur.[11]

Estetik ambisiyaların sərbəst buraxılması

[redaktə | mənbəni redaktə et]

Qaqa dili daxili hisslərə diqqət yetirir. Bu səbəbdən qeyd olunduğu kimi dərslər güzgüsüz keçirilir. Naharin ambisiyaların və ya maneələrin sərbəst buraxılmasını belə qeyd edir: "Biz axmaqlıq edib özümüzə gülə bilərik".[9] Bu cür təlimat məhdudiyyətlər və gərginliklər olmadan kəşflər etməyə sövq edir.

Musiqili və ya musiqisiz rəqqaslar hərəkətlərinin dilinə, onun musiqisinə qoşulmağa təşviq olunur.[12]

  1. "Building Bodies with a Soft Spine. Gaga | PDF | Dances | Ballet". fr.scribd.com. November 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2015.
  2. "Batsheva Dance Company: Gaga". 2017-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.
  3. dE_uWz1hH1ZMkZlj "Ohad Naharin Discusses Gaga Movement" Arxivləşdirilib 2023-11-01 at the Wayback Machine, Retrieved December 15, 2015.
  4. Galili, Deborah. "Gaga for Dancers: From the Gaga Intensive to New Open Classes". Dance in Israel. 27 August 2009. 7 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2017.
  5. Martha Schabas, Choreographer Ohad Naharin on developing the dance language Gaga Arxivləşdirilib 2023-11-08 at the Wayback Machine The Globe and Mail
  6. 1 2 Batsheva.co.il, Gaga Arxivləşdirilib 2023-10-15 at the Wayback Machine Batsheva Dance Company Website
  7. Ohad Interview, Interview Arxivləşdirilib 2023-11-08 at the Wayback Machine Ohad Naharin on the Language of Gaga
  8. 1 2 3 KATAN-SCHMID, EINAV. EMBODIED PHILOSOPHY IN DANCE: Gaga and Ohad Naharin's Movement Research. PALGRAVE MACMILLAN, 2018.
  9. 1 2 Gaga People, Gaga Arxivləşdirilib 2018-12-12 at the Wayback Machine Gaga People website
  10. KATAN-SCHMID, EINAV. EMBODIED PHILOSOPHY IN DANCE: Gaga and Ohad Naharin's Movement Research. PALGRAVE MACMILLAN, 2018. Page 123.
  11. "'Dancing with Parkinson's '". 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
  12. KATAN-SCHMID, EINAV. EMBODIED PHILOSOPHY IN DANCE: Gaga and Ohad Naharin's Movement Research. PALGRAVE MACMILLAN, 2018. Page 156.