Qarğıdalı ətri (film, 1986)

«Qarğıdalı ətri» (it. Il sapore del grano) — 1986-cı ilin İtaliya istehsallı dram janrında filmi. Sssenari müəllifi və rejissor Canni Da Kampo, baş rolları Lorentso LenaMarko Mestriner oynamışlar. Film gənc professor və onun 12-yaşlı tələbəsi arasında yaşanan homoseksual sevgi haqqında bəhz edir[1][2][3].

Qarğıdalı ətri
Il sapore del grano
it. Il sapore del grano
Janr dram filmi
Rejissor Canni Da Kampo
Baş rollarda Lorentso Lena
Marko Mestriner
Alba Mottura
Bəstəkar Franko Pyersanti
İstehsalçı Rai
İlk baxış tarixi 1986
Filmin növü Bədii film
Müddət 97 dəq.
Ölkə İtaliya İtaliya
Dil İtalyanca
İl 1986
Rəng rəngli
IMDb ID0102840

Filmin xülasəsi

[redaktə | mənbəni redaktə et]

Kvalifikasiya olunmuş gənc müəllim Lorentso kiçik italyan kəndində işləməyə dəvət alır. Onun şagirdlərindən biri, 12 yaşlı sevimli və ağıllı fermer oğlu Dulio tədricən öz müəllimi Lorentsoya aşiq olur və onlar çox yaxın dost olurlar. Lakin Dulio arzulayır ki, Lorentso onun böyük qardaşı olacaq. Lorentso tez-tez Dulionun evinə qonaq gəlir, onun valideynləri ilə tanış olur. Lorentso eyni zamanda kənddə gənc qadınla taniş olur və ona aşiq olur. Buna baxmayaraq, yeni rəfiqə ilə əlaqələr elə də yaxşı alınmır və buna görə Lorentso onunla ayrılmaq istəyir, çünki o ərə getməyə hazırlaşır. Yeni rəfiqə Lorentsoya gələcək ərinin azad əlaqələr tərəfdarı olduğunu bildirir. Lorentso belə bir təklifdən imtina etməyi gərara alır. Lorentso getdikcə Dulio ilə daha da yaxınlaşır, və tez-tez onunla öz vaxtını keçirir. Müəllim oğlana öz kitablarını, Dulio isə özünün hazırladığı taxta qayıqlarını və sevgi şeirlərini verir. Fermanın təsərrüfat binasında olan zaman Dulio öz müəllimini öpür. Tezliklə kəndə Dulionun bacısı qayıdır və müəllimlə tanış olduqdan sonra, onların hər üçü yaxın dosta çevrilirlər. Lakin tezliklə hər şey dəyişilir; Dulionun ögey anası müəllimə etməyərək bu haqqda uşağın atasına bildirir. Tədricən, oğlunun öz müəllimini həddindən artıq sevdiyini anlayan ata Lorentso ilə daha az görüşməyə başlayır. Atasının tələbi ilə Dulio gündüzlər fermada çalışmağa başlayır, lakin o bu üzücü işdən bezərək Lorentso üçün darıxır və onun yanına getməyi istəyir. Bu çətin vəziyyətdən çıxmaq üçün, Lorentso əbədi olaraq kəndi tərk etməyə və Duliodan uzaqlaşmaq gərarına gəlir. Ana Lorentsonun oğluna duyduğu hisslərin saf və təmiz olduğunu anlayır və ondan üzr istəyir. Ailə onun istədiyi vaxt qonaq gəlməyinə həmişə şad olduqlarını bildirirlər. Oğlan anlayır ki, onun müəllimi mövcud halda gəlməyi mümkün olsa belə, heç bir zaman qayıtmayacaq. Müəllim oğlan ilə homoseksual sevgi əlaqələr ideyasını rədd edir və kənddən uzaqlaşmaq istəyir. Dulio sevdiyi müəllimin kənddən getməsini istəmir və artıq gedən taksinin dalınca qaçır. Müəllim isə ona tam güvənən və sevən oğlanla sevgisinin itəcəyini bilib ağlayır.

  • Lorentso Lena — Lorentso
  • Marko Mestriner — Duilio
  • Alba Mottura — Sesiliya
  • Egidio Termine — Bruno
  • Mattia Pinoli — baba
  • Paolo Garlato — ata
  • Elena Barbaliç — Adalgisa
  • Elisabetta Barbini — nənə
  • Marina Vladi — ana

Filmin Şimali Amerikada buraxılışından sonra məktəb müəllimi və onun yeniyetmə pərəstişkarı arasında yaşanan həssas romantik əlaqələr canlandırıldığı üçün tənqidçilər ona əsasən müsbət rəy vermişdilər. Allrovi filmi yüksək qiymətləndirərək, "dram filminin 12 yaşlı oğlanın homoseksual arzularının oyanışını çox ehtiyatla göstərdiyini" bildirmişdi[4]. The Seattle Times filmin "həddindən artıq dürüst", San Fransiskonun Bay Area Reporter nəşri isə filmin "qapalı bir mövzuya çox səmimi ürəklə" çəkildiyini qeyd etmişdirlər[5]. 2012-ci ilin sentyabr ayında "xüsusi mərasim" sayılan 80-ci illərin retrospektiva tərkibi çərçivəsində, film "Gizli qiymətli daş" reklam adı altında 17-ci Milan Film festivalında nümayiş edilmişdir[6].

İl Təşkilat Mükafat Resipiyent Nəticə
1986 Festival del cinema neorealistico
(Neorealist Film Festivalı)
Kim Arcalli Plaque Canni Da Kampo
(Rejissor)
Qazandı
Pietro Biançi Plaque Chantal Bergamo & Enzo Porcelli
(Prodüsser)
Qazandı
  1. "Sapore del Grano (1986)". The New York Times. İstifadə tarixi: May 4, 2013.
  2. "Il sapore del grano (Italian)". CulturaGay.it. August 5, 2008. December 22, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2013.
  3. "Schüler liebt Lehrer (German)". Queer.de. December 17, 2010. March 6, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2013.
  4. "Sapore Del Grano — Cast, Reviews, Summary, and Awards". Allrovi.com. İstifadə tarixi: May 4, 2013.[ölü keçid]
  5. "The Flavor of Corn" (VHS). Los Angeles: Award Films International. 1994. ISBN 1-884193-02-1. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-18.
  6. "Il sapore del grano (Italian)". FestivalMixMilano.com. June 25, 2012. August 23, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 4, 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]