Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qarğıdalı (peyin) böcəyi lat. Pentodon idiota Hrbst.-Böcəyi qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub.
Qarğıdalı (peyin) böcəyi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Böcəyi qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub. Xarici görünüşünə görə adi peyin böcəklərini xatırladır. Başı bədədninə nisbətən çox da böyük olmayıb, qırışıqlıdır. Bığcıqları 20 buğumludur, nəhayəti üç qısa lövhə ilə bitir. Qabaq kürəkciyi qabarıqdır, irəli tərəfdən sıxılaraq nazilmişdir, kənarları girdədir. Qanad üstlüyü qabaq kürəkcikdən bir az enlidir və qarıncığın axırıncı buğumunu örtmür. Ön ayaq baldırlarının xarici tərəfində üç, daxili tərəfində isə bir tikancıq vardır. Böcəyin uzunluğu 15–25 mm-dir. Yumurtası çirkli ağ rəngdədir. Sürfəsi ağ rəngdədir və lövhəbığ böcəklərin sürfəsi kimi bükülür. Pupu açıq tiplidir.
Zərərvericinin inkişafı aşağıdakı kimi gedir: Payızda puplardan yetkin böcəklər çıxmağa başlayır. Bu böcəklər həmin yerdə də qışlayır. Aprel ayından etibarən onlar qışlamanı bitirir və yer səthi üzərinə çıxır. Böcəklər gecə həyat tərzi keçirərək cavan cücərtiləri gəmirir, gündüzlər isə kəsəklər altında və torpaq yarıqlarında gizlənir. Yayın ortalarında erkəklər və dişilər cütləşməyə başlayır. Mayalanmadan sonra torpağa yumurtalar qoyulur. Yumurtalardan çıxan sürfələr qidalanır, böyüyür və inkişaflarını iki ildə başa çatdıraraq, təxminən iyul ayında pupulaşır. Həmin ilin payızında puplardan böcəklər çıxır və onlar oradaca yuvacıqlar içərisində qışlayır. Beləliklə, qarğıdalı böcəyi iki ildə bir nəsil verir.
Böcəklər qarğıdalının cücərtilərinə böyük zərər vurur, əsasən kök boğazını, gövdəni gəmirir və nəticədə gövdədə dərin oyuqlar əmələ gətirir. Bəzi hallarda hətta cavan cücərtilər tamamilə yeyilir. Zədələnmiş bitkilər əvvəlcə soluxur, sonradan quruyur və qırılaraq yıxılır.[1]
Azərbaycanda qarğıdalı peyin böcəyi bir çox rayonlarda xüsusən aran və dağətəyində geniş yayılıb.