Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qarğıdalı qarabədən böcəyi (lat. Pedinus femoralis L.)-Bu böcək qara rənglidir və onun ön döşü qanadüstlüyünə möhkəm birləşmişdir.
Qarğıdalı qarabədən böcəyi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Bu böcək qara rənglidir və onun ön döşü qanadüstlüyünə möhkəm birləşmişdir. Uzunluğu 7,5–9 mm-dir. Sürfələri sarəmtıl, döş buğumları və sonuncu qarıncıq buğumu tutqun sarı rənglidir. Qarıncığın nəhayətindən 4 qılcıq çıxır. Sürfələrin uzunluğu 20 mm-ə qədər ola bilir. Böcəklər bir ildən artıq yaşayır və alaq otları ilə qidalanır. Onlar gecələr fəaldır, gündüzlər isə kəsək, ot topaları və s. altında gizlənir. Sürfə və böcək mərhələsində qışlayır.
Qışlamış dişilər erkən yazda qışlama yerindən çıxıb günəşin yaxşı qızdırdığı torpağı yumşaq və bitkiləri seyrək olan sahələrdə yumurta qoyur. Onlar bitkisi sıx olan sahələrə yumurta qoymur. Rüşeym inkişafı 9-15 gün davam edir. Yumurtadan çıxan sürfələr torpaqda yaşayır və bir il ərzində inkişafını bitirir. Sürfələr inkişaf müddətində cücərtlərin köklərini və bir sıra bitkilərin kökcüklərini gəmirir. Mədəni bitkilər qablaşandan sonra sürfələr yabanı bitkilərlə qidalanır. Buna görə də mədəni bitkilər, əsasən, yazda və payızda zədələnir. Puplaşma torpaqda iyun və iyul aylarında gedir. Cavan böcəklər həmin ilin yayında yumurta qoymağa başlayır.[1]
Azərbaycanın bütün rayonlarında yayılmışdır.