Qarğabazar məscidi

Şah Abbas məscidi və ya Qarğabazar məscidiQarabağın qədim məscidlərindən biri. Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir[1]. Tarixi abidə kimi qorunur.

Qarğabazar məscidi
Xəritə
39°32′20″ şm. e. 47°09′25″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Füzuli rayonu
Yerləşir Qarğabazar
Aidiyyatı Səfəvilər dövləti
Memar Hacı Qiyasəddin
Tikilmə tarixi 1683-1684
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı Erməni Silahlı Qüvvələri tərəfindən dağıdılıb.
İstinad nöm.4212
KateqoriyaMəscid
ƏhəmiyyətiÖLkə əhəmiyyətli
Qarğabazar məscidi (Azərbaycan)
Qarğabazar məscidi
Məscidin planı

Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin (Qiyas əd-Din məscidi) məscidi kimi öz əksini tapmışdır. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb hicri təqvimi ilə 1095". Bu da miladi tarixi ilə 1683–84-cü ilə uyğundur. Məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb h. t. 1095". Bu da miladi tarixi ilə 1683–1684-cü ilə uyğundur.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilmişdir. Dam örtüyü tağtavan şəkilindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmamışdır. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Onunla eyni dövrdə (XVII əsrdə) tikilmiş karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir. Füzuli şəhərində, eləcə də bu rayonun digər kəndlərində də qədim məscidlər çoxdur.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Qarabağın qədim məscidləri". 2010-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-17.
  2. "Qarğabazar məscidi (Füzuli)". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  3. "Füzuli rayonunun əsir abidələri". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.