Dilçilikdə qarşılıqlı aydınlıq, fərqli, lakin əlaqəli dil növlərini danışanların fikirləşmədən və ya xüsusi səy göstərmədən asanlıqla bir-birini başa düşə biləcəyi dillər və ya ləhcələr arasındakı əlaqədir. Bu, tez-tez dillərin ləhcələrdən fərqlənməsi üçün ən vacib meyar kimi istifadə olunur, lakin sosiolinqvistik amillər də nəzərə alınır.
Dillər arasındakı aydınlıq asimmetrik ola bilər; Bu şəkildə X dilində danışan şəxs Y dilini, Y dilində danışan şəxsin X dilini başa düşməsindən faiz etibarilə daha çox başa düşür. İki dil arasındakı aydınlıq nisbətən simmetrikdirsə, buna “qarşılıqlı” aydınlıq deyilir. Dillərə arası aydınlıq, çox zaman dialekt davamlılığı kontekstində, dünyanın bir çox coğrafi baxımdan yaxınlığı olan dilləri arasında müxtəlif dərəcələrdə mövcuddur
Dilçilik haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |