Qar kürəyi

Qar kürəyi

Qar kürəyi qar təmizləmək üçün istifadə edilən kürəkdir. Qar kürəkləri müxtəlif dizaynlardadır və hər biri qarı müxtəlif istiqamətdə aparmaq üçün düzəldilib. Qarı kürəklə təmizləmək sağlamlıq üçün təhlükəlidir, ancaq düzgün istifadə ediləndə insan sağlamlığına xeyirli ola bilər.

İlk qar kürəyi Rusiyadakı çeyllikdə tapılıb, 6000 yaşı olduğu fikirləşilir, ağzı yonulmuş Cervus canadensis buynuzundan düzəldilib. Arxeoloqlara görə buynuz hissəsi odun və ya sümük tutacağına birləşdirilib.[1]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bütün qar kürəkləri tutacaqdan və çömçədən ibarətdir. Bəzən onları əlaqələndirən sap ola bilər, ancaq başqa qar kürəklərində tutacaq birbaşa çömçəyə bağlıdır.[2]

Bir çox qar kürəkləri qarı itələmək və ya qaldırmaq üçün dizayn edilib, ancaq bəziləri hər ikisin edə bilər. Bəzi qar kürəyi çömçələrinin itilənmiş ağızları var və bu, buz parçalarını parçalamağa və qaldırmağa kömək edir.[2][3]

Tutacaqlar düz və ya əyri ola bilər.[2] Əyri kürəyə nisbətən düz kürək itələmə bucağını dəyişməyi asanlaşdırır və qar daha rahat tullanır.[2] Uzun tutacaqlar istifadəçiyə qarı tullamaq üçün öz çəkisini istifadə etməyə kömək edir, qısa tutacaqlar isə qarı tullamağı asanlaşdırır.[2] Plastik və şüşə-lif tutacaqlar yüngül çəkilidir, odundan tutacaqlar is ağır çəkilidir. Metal tutacaqlar əlin istisini azaldır və soyuq hiss etdirir.[2]

  1. Mark, Lisbeth; Lefrak, Babs. Snow. New York: Penguin Group USA. 1995. səh. 24. ISBN 978-0-39952-166-9.
  2. 1 2 3 4 5 6 Consumer Reports. "Best Snow Shovels - How to Shovel Safely". consumerreports.org. 14 February 2014. 4 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 March 2014.
  3. Scott, Cameron. "What to look for when Buying a Snow Shovel". Living Space 360. Helium, Inc. 28 December 2010. 14 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 March 2014.