Qara əməliyyat — dövlət qurumu, hərbi hissə və ya hərbiləşdirilmiş təşkilat tərəfindən həyata keçirilən məxfiəməliyyat. Bura özəl şirkətlər və ya qruplar tərəfindən fəaliyyətlər də daxil ola bilər. Qara əməliyyatın əsas xüsusiyyətləri onun gizli olması və onu həyata keçirən təşkilata aid edilməməsidir.[1]
Bu fəaliyyətin tək halı qara çanta əməliyyatı da adlanır. Bu termin ilk növbədə insan kəşfiyyatı əməliyyatları üçün məlumat əldə etmək məqsədilə strukturlara məxfi girişlər üçün istifadə olunur. Belə əməliyyatların FTB,[2]MKİ,[3]DTK, Mossad, MI6, MI5, FTX[4] və digər ölkələrin kəşfiyyat xidmətləri tərəfindən həyata keçirildiyi məlumdur.
Qara əməliyyat ilə sadəcə məxfi olan əməliyyat arasındakı əsas fərq ondan ibarətdir ki, qara əməliyyat onun arxasında kimin dayandığını gizlətmək və ya başqa bir qurumun məsuliyyət daşıdığını göstərmək məqsədini daşıyır.[5][6]
"Qara" burada məxfi və ya gizli olan hər hansı dövlət fəaliyyəti üçün ümumi termin kimi istifadə edilə bilər. Məsələn, Birləşmiş Ştatlarda hərbi və kəşfiyyat agentliklərinin bəzi fəaliyyətləri məxfi "qara büdcə" hesabına maliyyələşdirilir, onun təfərrüatları, bəzən hətta ümumi məbləği ictimaiyyətdən və konqresin əksər nəzarətindən gizlədilir.[7][8]
↑Popular Electronics, Volume 6, Issue 2–6. Ziff-Davis Publishing Co., Inc. 1974, p. 267. "There are three classifications into which the intelligence community officially divides clandestine broadcast stations. A black operation is one in which there is a major element of deception."
↑Djang, Chu, From Loss to Renewal: A Tale of Life Experience at Ninety, Authors Choice Press, Lincoln, Nebraska, p. 54. "(A black operation was) an operation in which the sources of propaganda were disguised or misrepresented in one way or another so as not to be attributed to the people who really engineered it."