Qara dənizdə daşqın nəzəriyyəsi

Qara dənizdə daşqın nəzəriyyəsi — elmi hipotez. Bu hipotezə görə təqribən e.ə. 5600-cı ildə Qara dənizdə suyun səviyyəsində genişmiqyaslı katastrofik yüksəliş baş vermişdir ki, bu da Tufan əfsanələri üçün tarixi əsas rolunu oynamış ola bilər[1]. Aralıq dənizindən suların əvvəllər bağlanmış Qara dənizə sıçrayışının səbəbinin zəlzələ olduğu güman edilir. Bu kataklizmdən əvvəl Qara dənizin səviyyəsi açıq şəkildə dünya okeanlarının ümumi səviyyəsindən aşağı idi.

Rayan-Pitmen hipotezi

[redaktə | mənbəni redaktə et]

Qara dənizdə daşqın nəzəriyyəsi 1996-cı ildə Kolumbiya Universitetindən olan amerikalı geoloqlar Vilyam Rayan və Valter Pitmen tərəfindən irəli sürülmüşdür [2] . Rayan və Pitmen daşqın nəticəsində 155 min km² ərazinin su altında qaldığını və eyni zamanda bunun nəticəsində Azov dənizinin əmələ gəldiyini qeyd edirlər. Həmçinin Bosfor boğazının ərazisində gündə təxminən 40 km³ su axdığı böyük bir şəlalə meydana gəlmişdir. Boğaz axını ən azı 300 gün ərzində oxşar gücə malik olmuşdur[3] .

Müasir elm Qara dənizin qədim zamanlarda şirin sulu olduğunu, lakin sonra duzlu dəniz suyunun ona töküldüyünü müəyyən etmişdir. Qara dənizin səviyyəsi 140 metr qalxmışdır. Dəniz dibinin tədqiqi bizə su bitkilərinin və çöküntü süxurlarının şirin sudan duzlu suya dəyişməsini təqribən 7,5 min il əvvələ aid etməyə imkan verir.

Rayan və Pitmenın araşdırmaları ilə yanaşı, Varnadakı BAS-ın Okeanologiya İnstitutunun professoru, bolqar geoloq Petko Dimitrov da 1979-cu ildə Qara dəniz daşqını ideyasını irəli sürmüşdür [4] . Sonradan P. S. Dimitrov Rayan və Pitmen ilə əməkdaşlıq etdi [5] (“Qara dənizin qədim sahil xətləri və insanların mövcudluğu şərtləri” layihəsi - DO02-337, Bolqarıstan Elm Fondu) . Dənizin mənşəyinin oxşar versiyasını Böyük Plini ifadə etmişdir.

  1. W.B. Ryan and W.C. Pitman, Noah’s Flood: The New Scientific Discoveries About the Event That Changed History New York: Simon and Schuster, 1999, 319 p. ISBN 0-684-85920-3 ISBN 978-0-684-85920-0
  2. John Noble Wilford Geologists Link Black Sea Deluge to Farming’s Rise The New York Times, December 17, 1996, pp. B5 and B13 (ing.)
  3. William Ryan and Walter Pittman. Noah's Flood. Touchstone Books, pub. by Simon and Schuster. 1998. 249.
  4. Димитров П. С. — 1982. Радиоуглеродное датирование донных осадков болгарского черноморского шельфа // Океанология. — Т. 9. — С. 45—53. (Резюме-Рус.)
  5. Ryan, W.B.F.; Pitman, W.C.; və b. An Abrupt Drowning Of The Black Sea Shelf. (naməlum dil). 1997. (#explicit_et_al)