Qara dənizin su altı çayı — Mərmərə dənizindən Bosfor boğazından keçməklə Qara dənizin içərilərinə doğru axan duzlu axın cərəyan. Bu su altı çayın axdığı nov 35 m dərinliyə, 1 km enə və 50 km uzunluğa sahibdir. Bu axından sular 6,5 km/s sürəti ilə axır. Buradan axas suyun həcmi hər saniyədə 22 min. m³ təşkil edir[1]. Bu su altı axarda çaylara məxsus elementlər vardır. Məsələn sahillər, astanalar, şəlalər müşahidə edilir.
Qara dənizin su altı çayı | |
---|---|
Ümumi məlumatlar | |
Akvatoriya | Qara dəniz |
Orta axın cərəyanı | 6,5 |
Qara dənizin dibi ilə axan bu kanallar 6 min il öncə meydana gəlmişdir. Belə düşünülür ki bu novlar, Aralıq dənizindən Qara dənizə axan su axınları zamanı formalaşmışdır. Bu novlarla bu gündə su hərəkət edir[2].
Bu su altı kanal Lids Universitetinin alimləri tərəfindən 1 avqust 2010-ci ildə kəşf etmişlər. Bu dünyada kəşf edilən ilk su altı çay olmuşdur[3]. Buna bənzər kanallardan biri Amazon çayının mənsəbində başlayır və Atlantik okeanın daxilinə doğru hərəkət edir. Buna bənzər su altı çaylarda təcrübə işi aparmaq ancaq xüsusi qurğularla aparıla bilir.[4].