Qara delfin

Qara delfin (rus. Чёрный дельфин) — ömürlük həbs cəzası almış məhkumların saxlanıldığı xüsusi rejimli islahedici koloniya. Rusiyanın Orenburq vilayətinin Sol-İletsk şəhərində yerləşən koloniyada əsasən qatillər, adamyeyənlər, terrorçular və digər təhlükəli canilər saxlanılır.[2] Hazırda cəzaçəkmə müəssisəsində təxminən 863 dustaq saxlanılır.[3]

Qara delfin
rus. Чёрный дельфин
Xəritə
Ümumi məlumatlar
Status Fəaliyyət göstərir
Ölkə Rusiya
Şəhər Sol-İletsk, Orenburq vilayəti
Koordinatlar 51°09′20″ şm. e. 54°59′35″ ş. u.
Açılma 1773[1]

Qara delfin koloniyasının adına tarixdə ilk dəfə 1745-ci ildə rast gəlinir. Adını binanın girişində məhkumlar tərəfindən inşa edilən qara delfin heykəlindən götürən, Rusiyaya məxsus bu həbsxana Qazaxıstanla sərhəddə yerləşir.[4]

Buradakı məhkumların, təxminən 3500 adamın ölümünə səbəb olduqları bildirilir. Bu da məhbus başına ən az beş cinayət deməkdir.[4]

Həbsxana içərisində təhlükəsizlik o qədər güclü qorunur ki, binada məhkum sayından daha çox gözətçi var. Bu gözətçilər isə illərdir hər 15 dəqiqədən bir kameralara nəzarət edirlər.[4]

Məhkumlar gündə yalnız 1 dəfə kameralarını tərk edirlər və 90 dəqiqəlik gündəlik məşq hərəkətləri üçün bir az daha böyük kameraya aparılırlar. Bu dəyişmə əsnasında isə belləri bükük və əlləri yuxarıdan qandallanmış halda, ən az 3 gözətçinin nəzarətində getmək məcburiyyətində qalırlar.[4]

Bağça gəzintisi də yenə, belləri bükülmüş və başları üzərində ən az 3 gözətçi olur. 24 saat davamlı nəzarət altında olan məhkumların günboyu yataqlarında oturmalarına və ya uzanmalarına icazə yoxdur. Sadəcə yatmaq zamanı buna icazə verilir. Oturmaq istəyənlər yalnız kətildə otura bilərlər.[4]

Məhkumlar həbsxana bağçasından belə, istifadə edə bilmirlər. Bağça içərisində də kameralar var.[4]

Burada yeməkxana yoxdur. Məhkumlara gündə 4 dəfə müxtəlif şorbalar verilir və bu zaman da kameralarından çölə çıxarılmırlar.[4]

200 ilə yaxın müddətdə bu həbsxanadan kimsə qaça bilməyib. Hətta buna cəhdlər belə olmayıb. Ömürlük həbs cəzası alan bu məhkumlardan, indiyədək azadlığa çıxan olmayıb.[4]

  1. Богоутдинова Н.Черный дельфин Arxivləşdirilib 2022-05-13 at the Wayback Machine // Вестник Отрадного. — 2005. — 19 мая.
  2. "Структурные подразделения Arxivləşdirilib 2014-05-29 at the Wayback Machine." () Federal Penitentiary Service Orenburg Region. Retrieved on April 28, 2012. "В исправительной колонии содержатся осужденные к пожизненному лишению свободы."
  3. «Черный дельфин» или Дорога в один конец. Тюрьма для пожизненно лишенных свободы Arxivləşdirilib 2018-02-06 at the Wayback Machine // Украина криминальная, 09.10.2009
  4. 1 2 3 4 5 6 7 8 "Burası dünyanın en acımasız hapishanesi". Haber7.com. 17 İyul 2016 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]