Qara gəndalaş

Qara gəndalaş (lat. Sambucus nigra L.)[1] - gəndalaş cinsinə aid bitki növü.[2]

Qara gəndalaş
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Hündürlüyü 3-5 m olan, qollu-budaqlı kol, bəzən hündürlüyü 5-8 m olan balaca ağacdır. Cavan budaqları hamar, əvvəlcə yaşıl, daha sonra isə yaşılımtıl-boz olur. Yaşlı budaqların qabığı boz-kül rənglidir, uzununa çatlaqdır. Budaqların özəyi ağ və çox yumşaqdır. Yalançı zoğları xırda və yumurta-şəkillidir.[3]. Mezofitdir, meşə bitkilik tipində rast gəlir. Əsasən meşələrdə, meşə kənarında, rütübətli, daşlı, kölgəli dərələrdə, yamaclarda tək-tək və seyrək qrup şəklində bitir

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları qarşı-qarşıya düzülmüş, mürəkkəb, tək lələkvari, tünd-yaşıl rəngdədir, 5 (7) ədəd yarpaqcıqdan ibarətdir; yarpaqcıqlar uzunsov-oval və ya yumurtaşəkilli-ovaldır, uc hissədə dartılımış sivriləşmişdir, kənarları qeyri-bərabər mişarlı, çılpaq və ya alt tərəfdən nəzərə çarpan damarlı olub, qısa tüklüdür.[3]

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçəkləri uc hissədə yerləşmiş, yastı, çoxçiçəkli, qalxanşəkilli-süpürgəvari çiçək qrupunda toplanmışdır, biri kənardadır, oturaqdır, digərləri çiçək saplağındadır; çiçəkləmədən sonra çiçək qrupu sallaq vəziyyətdə olur. Tac sarımtıl-ağ rəngdədir, diametri 5-6 mm-dir, ətirlidir.[3]

Meyvə[redaktə | mənbəni redaktə et]

Meyvələri lətlidir, qara-bənövşəyi rəngli, parlaqdır, 2-4 ədəd yastı uzunsov, köndələn-qırışlı çəyirdəklidir.[3]

Çiçəkləmə[redaktə | mənbəni redaktə et]

May-İyul [3]

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

İyul-Sentyabr[3]

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına, bəzən yuxarı dağ qurşağına qədər.[3]

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Nəmli, qaranlıq, daşlı dərələrdə, meşəli dağ dərələrində, yamacların yarpaqlı meşələrinin kolluqlarında, meşə kənarında səpələnmiş və qrup halında rast gəlinir.[3]

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Dərman əhəmiyyətli və zəhərli bitkidir. Tərkibində zülal və aşı maddəsi, efir yağı, alma turşusu və s. vardır. Yetişmiş meyvələrindən bəzən yeyinti sənayesində ziyansız boya kimi istifadə olunur. Dekorativ bitkidir.[3]

Kimyəvi tərkibi[redaktə | mənbəni redaktə et]

Qara gəndalaş C vitamini, flavonoid, qlikozid, steroid, aşı maddələri, efir və piyli yağlar, qətran, antosian və karotinoidlərlə zəngindir.

Mənbə[4][redaktə | mənbəni redaktə et]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 1 2 3 4 5 6 7 8 9 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
  4. Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi», Bakı,2011