Qafqazda geniş yayılmışdır
Qara mərğəm kəklikotu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qara mərğəm kəklikotu |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Hündürlüyü 15–25 sm olan yarımkolcuqdur. Düz dayanan meyvəsiz zoğla-rı və daha cod, düz dayanan çiçək saplaqları çiçək qrupunun altında uzun, əyilmiş tükcüklərlə örtülmüşdür. Yarpaqları saplaqlı, saplaqların uzunluğu 15–25 mm, eni 4–8 mm, ellipsvari, kənarları tükcüklüdür. Aşağı gövdə yarpaqları uzun saplaqlarda yerləşir, yumurtavari və yan damarcıqları aydın görünür. Çiçək qrupu uzunsov, başcıqlı, çox vaxt şaxələnmişdir. Çiçək saplaqları uzun tükcüklüdür. Kasacığı zəngvari, uzunluğu təxminən 4 mm, uzun tükcüklüdür. Yuxarı dişcikləri neştərvari, kənarları tükcüklüdür. Çiçək tacı ağ borucuqlu və bükükdə bənövşəyi xallıdır. V–VI aylarında çiçəkləyir, iyul ayında meyvə verir. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.
Aşağı dağ zolağında quru, daşlıq yamaclarda bitir.
Azərbaycanda arealı dardır. Kür düzənliyində rast gəlinir. Azərbaycanın nadir və relikt növüdür. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə edilir.
Yarpaqları dərman əhəmiyyətli, efir yağlı bitkidir.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T. S. Məmmədov