Qara pir qalası — Ağdərə qəsəbəsindən şimal-şərqdə yerləşir. Yaşayış yeri cənub tərəfdən başqa digər tərəflərdən sıldırım qayalıqlarla əhatə ediərək təbii cəhətdən müdafiə olun-muşdur. Buna görə də orada yalnız cənub tərəfdə müdafiə diva-rı çəkilmişdir. Oradakı yaşayış binalarının qalıqları dördkünc planlıdır. Onların çoxu dağıldığından yerlərində daş yığınları, üzərini torpaq örtən çalalar qalır. Abidə e.ə. II-I minilliklərə aiddir[1].