Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qara rinxokalamus[2] (lat. Rhynchocalamus melanocephalus) — Suilanıkimilər fəsiləsinə aid cins.
Qarabaş rinxokalamus | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qarabaş rinxokalamus |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Əlvan rəngli kiçik (36 sm) qazıcı ilandır. Başı boynundan zəif seçilir. Bədəni üstdən az və ya çox parlaq narıncı rəngdədir. Başının üstü açıq rəngli olub, qara qövsvari zolağa malikdir. Boynunun üst tərəfində öndən dərin yarılmış qara köndələn zolağı var ki, bu da alt tərəfdə ağ və ya çəhrayı rəngdə olur. Qarın tərəfi ağdır.
Azərbaycanda Naxçıvan Muxtar Respublikasında, Ermənistanda, Kiçik Asiyanın cənub-şərqində, İraqda və İranda Rhynchocalamus melanocephalus satunini Nik., 1899 yarımnövü yayılmışdır.
Yovşanlıq yarımsəhralarda, həmçinin seyrək ot və kol bitki örtüyü olan çox daşlı yamaclarda rast gəlinir. Dağlarda 1100 m yüksəkliklərə qədər qalxa bilir. Yazda və yayın əvvəlində qarabaş rinxokalamusu daşların altında görmək olar. İlin digər vaxtlarında isə qazıcı həyat tərzi sürməklə, torpağın dərinliklərində keçirir. Elə buna görə də onun biologiyası və ekologiyası öyrənilməyib.
Bütün dünyada bu növə cəmi 10 dəfə rast gəlinib. Naxçıvan MR ancaq 1 fərdi tapılmışdır.