Qara türkeşlər — türkeşlər iki tayfadan - mukri və abarlardan yaranmışdır. Hələ VII əsrdə türkeş nəsli sarı (mukrinin nəsli) və qara (abarların nəsli) nəsillərə bölünürdülər. [1]
Asiyada sarı rəng adlı-sanlı şəxsləri, qara isə xalqı təmsil edirdi. Bu bölgünün nə vaxtsa öz əsası vardı, lakin artıq VIII əsrdə əcdadlarından irsən keçmiş qarşılıqlı düşmənçilik istisna olunmaq şərtilə sarı və qara nəsillər arasında heç bir fərq hiss etmək mümkün deyildi.