Qarabədən böcəklər

Qarabədən böcəklər (lat. Tenebrionidae) —

Qarabədən böcəklər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ağac qabığı altında və quru oduncaqda yaşayan meşə növlərinə də təsadüf edilir. Qarabədən böcəklərin bitki ilə qidalanan növlərilə yanaşı, sinantrop növləri də vardır. Belə növlərdən ərzaq məhsulları (un, dən və s.) ilə qidalanan iri və kiçik un böcəyini götərmək olar. Qarabədən böcəklərin növ tərkibinin çox olmasına baxmayaraq, kənd təsərrüfatı bitkiləri üçün təhlükəli növləri azdır. Qarabədən böcəklərin sürfələri xarici görünüşcə məftil qurdlarına çox oxşadəğəna görə bunlara "yalançı məftil qurdlar" deyilir. Ancaq bunlar məftil qurdlarından başlarının dəyirmi olması və birinci cüt ön ayaqların dah yaxşı inkişaf etməsi ilə fərqlənir. Qarabədən böcəklərin inkişafı şıqqıldaq böcəklərindən fərqlənir. Bunun sürfələrinin inkişafı nisbətən tez başa çatır. Böcəklər bir neçə il yaşaya bilir. Bu böcəklərin sürfə və yetkinləri zərər verir. Böcəklər uça bilmir və olduqca zəif hərəkət edir.[1]

Qafqazda yayılmış 200 növ qarabədən böcəyin 175 növünə Azərbaycanda rast gəlinir. Qarabədən böcəklər quraq səhra yerlərdə yaşayır.

  1. S. R. Məmmədova, B. B. Xəlilov Kənd təsərrüfatı entomologiyası. 1986
  2. S. R. Məmmədova, B. B. Xəlilov Meyvə və subtropik bitkilərin zərərvericiləri 1974
  3. N. H. Səmədov Taxıl böcəkləri və onlarla mübarizə tədbirləri, 1964
  1. S. R. Məmmədova, B. B. Xəlilov Kənd təsərrüfatı entomologiyası. 1986