Qarabağ kətəsi

Qarabağ kətəsi

Qarabağ kətəsiAzərbaycanımızın milli şirniyyat növüdür.

Hazırlanması[redaktə | mənbəni redaktə et]

Məmulatlar: Maya, Su, Bitki yağı, Şəkər, Yumurta, Un, Şəkər tozu, Ərimiş yağ, Vanil, Duz.

İlıq suda mayanı əridib 13 x.q. un tökün, azca duz qatın. Bunları qarışdırıb isti bir yerə qoyun mayalanmaq üçün (0,5 saat).

Mayalanmış kütləni böyük bir qaba töküb, yağı, şəkəri, yumurtanı bıçağın ucunda vanili və duzu əlavə edin. Qarışdırın. Sonra unu töküb yoğurun, hamar xəmir alınmalıdır. Özünə gəlmək üçün 1,5-2 saat saxlayın.

Bu müddətdə içlik hazırlayın. Soyudulmuş yağı şəkər tozu ilə yaxşıca çalın, sonra vanil və un əlavə edin. Gəlmiş xəmirdən yumruq boyda 10 kündə hazırlayın. Hər kündədən diametri 7-8 sm olan dairəvi kökə yoğurun. Ortasına iç qoyub xəmiri qıraqlardan yığın və bulkanı kökəyə yoğurun.

Çəngəllə üstünü deşib bəzəyin. Üstünə çalınmış yumurta çəkin. Kətə 200-220 qr. selsi ilə təxminən 20 dəq bişirilir.

Mənbə[redaktə | mənbəni redaktə et]