Qarabağlar nahiyəsi —
Qədim şəhər | |
Qarabağlar nahiyəsi | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Vilayət | Naxçıvan qəzası (Osmanlı) |
Salınma tarixi | 1583 |
Banisi | Osmanlı İmperiyası |
Dağılma tarixi | 1604 |
Milli tərkibi | Azərbaycan türkləri |
Qarabağ nahiyəsi 6 kənd (Qarabağlar, Çınıq (Bakaul), Xök (Əhmədağa dizəsi), Səng, Qıvraq, Sus kəndləri) və 2 məzrəədən (Fazilqışlağı və Əlixangüney məzrəələri) ibarət idi. Nahiyənin ərazisi, təqribən, 467 kvadratkilometrə çatırdı. Şimaldan İrəvan sancağı və Məvaziyi-Xatın nahiyəsi, şərqdən Mülki-Arslan və Naxçıvan nahiyələri, cənubdan Təbriz əyaləti, qərbdən isə Şərur qəzasının Şərur nahiyəsi ilə həmsərhəd idi. [1]
Mənbə: Kəlbizadə E. Tarixi-coğrafi Qarabağlar, "Şərq qapısı" qəzeti, 04.12.2016