Qarabağlar qalası — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qarabağlar kəndindən şimal-qərbdə, Damlama yaşayış yerinin yaxınlığında arxeoloji abidə.
O, üç tərəfdən şimal, cənub və qərbdən sıldırım qayalarla əhatələnmiş dağın üzərində yerləşir. Yaşayış yeri şimal tərəfdən iri daşlardan bərkidici məhlul olmadan hörülmüş divarla əhatə edilmişdir. Yerüstü tapıntılar çəhrayı və boz rəngli qab sınıqlarından ibarətdir. Abidəni (e.ə. 1-ci) minilliyin əvvəllərinə aid etmək olar[1].