Qarabağlar səddi

Qarabağlar səddiNaxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yurdçu kəndinin cənubunda aşkar olunmuş arxeoloji abidə.

Eni 1,25 m olan divarın qalıqları 500 m uzunluğun- da salamat qalmışdır. Divarın bir ucu Qarabağlar, digər ucu isə Qıvraq kəndinə doğru uzanır. Səddin yaxınlığında yaşayış binalarına rastlanmamışdır. Xalq arasında Qarabağlar kəndindən Şahtaxtı kəndinədək uzanan qara hasarın mövcudluğu haqqında rəvayət də vardır. Ehtimal ki, bu divar vaxtilə sərhəd bildirən bir tikili olmuşdur. Divarın ətrafından aşkar olunan keramika məmulatı başlıca olaraq orta əsrlərə aiddir. Divar qalıqlarını 9–11 əsrlərə aid etmək olar[1].

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 252.