Qaraboğaz düzənliyi[1][2] — Abşeron yarımadasının şimal-qərbində yerləşən dağ ətəyi düzənlik. Sumqayıt şəhərindən 6–7 km şimalda yerləşir. Abrazion-akkumlyativ dördüncü dövrə aid suxurlar yayılmışdır. Düzənlikdə əsasən Sumqayıt şəhərinin sənaye müəssisələri yerləşir. Ekoloji baxımdan olduqca çirklənmişdir. Sumqayıtçayla Tuğ çayının arasında yerləşir[3].
Qaraboğaz düzənliyi | |
---|---|
| |
Coğrafiyası | |
Çay | Sumqayıtçay |
Yerləşməsi | |
40°34′23″ şm. e. 49°34′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
|
|
Yayı quraq, qışı mülayim isti keçən yarımsəhra və quru çöl iqliminə sahibdir. Yay ayları yüksək temperatur, zəif rütubətlilik xarakterikdir. İl ərzində 200–300 mm yağıntı düşür. İlin quraq dövründə (aprel-sentyabr) cəmi 100 mm, rütubətli dövründə isə 150–200 mm yağıntı olur. İlin cəmi 70-90 günü yağıntı yağır. Qar örtüyü yerdə cəmi 10-20 gün arası qalır. Orta ilik temperatur 10-14 °C-dir. Yanvar ayının orta temperaturu 0 +3 °C, iyul ayının isə 25-27 °C olur. Buxarlanma olduqca yüksəkdir.
Bölgə düzənlikdən ibarətdir. Boz, boz-qonur, şoran torpaqları vardır. Küləyin fəaliyyəti və yüksək buxarlanma torpaq yaranma prosesini yavaşıdır. Torpaqların tərkibində gilli suxurların faizi yüksəkdir. Üstəlik içərisində qum, əhəngdaşı çınqıl elementləri belə vardır. Torpağın humus qatı olduqca zəifdir.
Yarımsəhra-quru çöl iqliminə sahib olduğundan istiyə və şoranlığa davamlı kol və ot bitkiləri bitir. Burada əsasən yovşan, efemerli, kserofit ot bitkiləri yayılmışdır. Ərazidə bölgənin endemik bitkisi olan Bakı cuzğununa rast gəlinir. Yulğunlar lokalda olsa sıx keçilməzliklər əmələ gətirə bilir (əsasən Sumqayıtçay ətrafında).
Düzənlikdə daha çox çöl heyvanlarını görmək olar. Burada canavar, tülkü, çaqqal, dovşan kimi məməlilər yaşayır. Quşlardan qağayı, göyərçin, sığırçın, sərçə, qarğa kimi quşlar yayılmışdır. Sumqayıtçayda isə bataqlıq tısbağası görülür.