Qaraburun yarımadası

Qaraburun yarımadası və ya Çeşmə yarımadası (türk. Karaburun Yarımadası, türk. Çeşme Yarımadası) — Türkiyənin qərbində, İzmir ili ərazisində yerləşən yarımada. Xios adasının qarşı tərəfində, İzmir və Bozdağlardan qərbdə yerləşir. Şimal-şərqdən İzmir körfəzi ilə əhatələnir. Sahəsi 550 km²-dir. Kiçik Asiyanın ən böyük yarımadalarından biridir. Burada İzmir Texnologiya İnstitutu yerləşir.

Qaraburun yarımadası
Ümumi məlumatlar
Sahəsi 550 km²
Yerləşməsi
38°17′32″ şm. e. 26°32′45″ ş. u.
Akvatoriya Egey dənizi
Ölkə  Türkiyə
Qaraburun yarımadası xəritədə
Qaraburun yarımadası
Qaraburun yarımadası

Yarımadada yerləşən qədim şəhərlər: Erifrı, KlazomenTeos.

Ən böyük yaşayış məntəqəsi Çerşmədir. 32-ci magistral yarımadanı Türkiyənin digər hissələri ilə birləşdirir. Ən hündür nöqtəsi — Ağdağ (türk. Akdağ). Əvvəllər Mimant olaraq adlandırılırdı. Zirvə yarımadanın şimalında yerləşir. hündürlüyü 1212 m-dir.

Qaraburuna çatmaq üçün İzmir-Çeşmə yolundan istifadə etmək lazımdır. Bu yol Qaraburun sapağına kimi 45 kilometr məsafədədir, sonra əlavə 55 kilometr də getmək lazımdır. xüsusilə Qaraburuna yaxınlaşarkən bu yol olduqca dolama və mürəkkəbdir. İzmirlə Qaraburun arası 100 kilometr məsafədədir. Qaraburuna ən yaxın hava limanı İzmirdə yerləşir.[1]

  1. Atlas Dergisi, Sayı 204-mart 2010.