Qaracan Kərimli

Qaracan İsa oğlu Kərimli (Qaracan Borçalı; 27 dekabr 1947, Təkəli, Marneuli rayonu) — "Xalq yaradıcılığı" Ümumittifaq festivalının laureatı (1991), Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2018).

Qaracan Kərimli
2004 – 2008
ƏvvəlkiMəcnun Göyçəli
SonrakıZəlimxan Yaqub
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1947(1947-12-27) (76 yaş)
Doğum yeri
aab.az

Həyatı[redaktə | mənbəni redaktə et]

Qaracan İsa oğlu Kərimli (Qaracan Borçalı) 1947-ci ilin dekabr ayının 27-də Borçalı mahalının Marneuli (Sarvan) bölgəsinin Təkəli kəndində anadan olub.

1966-cı ildə kənd orta məktəbini bitirdikdən sonra 1967–1969-cu illəri hərbi xidmətdə qulluq edib.

1976-cı ildə Xalq Təsərrüfatı institutunu (İqtisad Universiteti) bitirib. Həmin ildən etibarən, Sumqayıt Kimya Sənaye İstehsalat Birliyində, Peşə təhsili Komitəsində, Sumqayıt şəhər Səhiyyə şöbəsində, Bakı şəhər Yollahiyyə İnstitutunda iqtisadçı, maliyyəçi, baş mühasib təftişçi, vəzifələrində çalışıb.

Aşıq sənətinin sirlərini 12 yaşından öyrənməyə başlayıb. İlk ustadı həmkəndlisi aşıq Mustafa olub, sonralar Borçalının ustad sənətgarı aşıq Əmrah Gülməmmədovdan dərs alıb.

1984-cü ildə Azərbaycan Aşıqlar Birliyinin IV qurultayında, Birliyin İdarə Heyətinin üzvü, 1991-ci ildə Birliyin İdarə Heyətinin sədrinin birinci müavini vəzifəsinə təyin olunub və 2004–2008-ci illərdə Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Bu dövr ərzində Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Kollecində saz müəllimi, Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində dərnək rəhbəri, Bakı şəhər Ittifaq teatrında ifaçı qrupların rəhbəri kimi fəaliyyət göstərib.

Hələ Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Əhsən Dadaşovun bədii rəhbərliyi altında İnstitutun ansamblında artıq nüfuz qazanmışdı. O, tələbə-müəllim heyəti qarşısında müxtəlif tədbirlərdə öz ifası ilə qəlbləri fəth etmişdi. İllər keçdikcə ustad sənətkar səhnələşdirilmiş tamaşaların qəhrəmanına çevrilir. Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilmiş "Aşıq Ələsgər" tamaşasında (1984) – baş rolun ifaçısı olmuşdur.

Müstəqilliyi bərpa etdikdən sonra Türk dövlətlərinin milli bayram tədbirlərində Azərbaycan nümayəndə heyətinin tərkibndə Qaracan Borçalı aşıq sənətini layiqincə təmsil etmişdir. 22 mart 1992-ci ildə Almata şəhərində keçirilən "Nouruz" və 22 iyun 1992-ci ildə Saxa (Yakutya) Respublikasında keçirilən "Isıx" bayramında Azərbaycanı təmsil etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən ezam edilmişdir. "Aşıq Pəri" məclisinin təşgil olunmasında xüsusi fəaliyyəti olmuşdur. 20 dən artıq şəyirdə ustadlıq edib. Onların arasında Türkiyə, Gürcüstan, İran Islam Respublikasının vətəndaşları olmuşlar.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (2018).

Mükafatları[redaktə | mənbəni redaktə et]

24 aprel 1990-cı il və 10 may 1991-ci illərdə keçirilən "Xalq yaradıcılığı" Ümumittifaq festivalının laureatı olmuş və ordenlə təltif edilmişdir.

Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi (2017)

Kitabları[redaktə | mənbəni redaktə et]

"Ünvanımı sazdan soruş" (1998), "Mən Borçalı balasıyam" (2015) , "Ozan ömrü" (2019)

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]