Qaraciyər xərçəngi dünya üzrə ən çox rast gəlinən 5-ci xərçəng növüdür və ümumilikdə xərçəng səbəbindən olan ölümlərə görə isə 2-ci yerdədir[2]. Qaraciyərin bədxassəli şişləri arasında ən geniş yayılanı hepatosellular karsinomadır (HCC). HCC-dən əlavə qaraciyərin bədxassəli şişlərinə öd yolu xərçəngi və ya digər adı ilə Xolangiosellular karsinoma (CCC) da aiddir. CCC öd yollarından, HCC isə qaraciyər toxumasından yarandıqları üçün qaraciyər xərçəngi dedikdə HCC nəzərdə tutulur.
Qaraciyər xərçəngi | |
---|---|
XBT-10-KM | C22.9, C22.0 |
XBT-9-KM | 155.0[1], 155.2[1] |
OMIM | 114550 |
Vikianbarda əlaqəli mediafayllar |
HCC-nin simptomlarına qısa müddət ərzində çəki itirilməsi, Sarılıq, assit, iştahasızlıq aiddir.
HCC-in əsas risk faktoru Qaraciyər serozu hesab edilir. Belə ki, HCC-li xəstələrin 80–90%-də qaraciyər serozu müşahidə edilir. Buna əlavə olaraq, Hepatit B, Hepatit C, uzunmüddətli alkoqol qəbulu istər qaraciyər serozu, istərsə də HCC üçün önəmli risk faktorlarıdır[3].
Qaraciyər şişlərinin ilkin diaqnostikasında qarın boşluğunun ultrasəs müayinəsi (USM) önəmli rol oynayır. Ancaq USM zamanı müəyyən edilən şişlər daha dəqiq diferensiyal diaqnoz üçün Kompüter tomoqrafiyası, Maqnit rezonans tomoqrafiya daha yaxından müayinə edilməlidirlər. Bundan əlavə olaraq, qaraciyərin biopsiyası vasitəsilə şişin histoloji xarakteri də müəyyən edilə bilər. Həmçinin qanda Alfa-feto-Proteinin (AFP) miqdarı HCC xəstələrində yüksək miqdarda müşahidə edilir. Ancaq qeyd etmək lazımdır ki, AFP həmçinin qaraciyər serozunda da yüksək miqdarda ola bilir. Ona görə də bu göstəricinin sensitivliyi və spesifikliyi çox yüksək dərəcədə deyil. Qeyd etmək önəmlidir ki, şişin lokalizasiyasından, ölçüsündən, aqressivliyindən asılı olaraq əlavə başqa müayinələr də həyata keçirilə bilər.
HCC-nin müalicəsində əsas müalicə metodu cərrahi müdaxilədir. Bu istər reseksiya şəklində, istərsə də qaraciyər transplantasiyası şəklində həyata keçirilə bilər. Cərrahi müalicə mümkün ollmadığı hallaqda invaziv radioloji müdaxilə və ya Kimyaterapiya kimi müalicə üsullarından istifadə etmək olar.