Qaradağlılar (kitab)

Qaradağlılar -Ənvər Çingizoğlunun Qaradağlı eli haqqında yazdığı kitab.

Qaradağlılar
Müəlliflər Ənvər Çingizoğlu
Orijinalın dili azərbaycanca
Orijinalın nəşr ili 2008
Nəşriyyat Şuşa
Səhifə 169

Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun bu kitabı Azərbaycan xalqının etnogenezində, siyasətində, iqtisadiyyatında və mədəniyyətində mühüm rol oynayan Qızılbaş birliyinin ən böyük qollarından biri Ustaclı və Qaradağlı elindən, onların sintezindən yaranmış Xanqaradağskilərin yaşam yolundan bəhs edir.

Orta çağda, keçən yüzilliklərdə Azərbaycanda, Qaradağda, Qarabağda baş verən önəmli olaylar bəlgələrin bəlirtisi, tanıqların bilgisi ilə qələmə alınıb, oxucuların önünə çıxarılıb.