Qaradaş piri

Qaradaş piriNaxçıvan Muxtar Respublikası Ordubad rayonunun Tivi kəndində ziyarətgah.

Tarixi[redaktə | mənbəni redaktə et]

Ziyarətgahdakı armud ağacının dibində qara daş vardır. Azərbaycan türklərində armud ağacı müqəddəs sayılır. Qara daş isə bütün müsəlman dünyasında müqəddəs hesab edilir. Etnoqrafik materiallar təsdiq edir ki, yerli əhali arasında bu cür daşların göydən gəlməsi, bu səbəbdən də müqəddəs sayılması haqqında fikirlər vardır[1].[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Səfərli H. Gəmiqaya və çevrəsində ziyarətgah-pirlər. Naxçıvan Müəllimlər İnstitutunun "Xəbərləri". 2006, JSfe 2.
  2. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 245.