Qarakərkəs

Qara kərkəs (lat. Aegypius monachus) — kərkəskimilər dəstəsindən quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]

Qara kərkəs
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qara kərkəs
Beynəlxalq elmi adı

İri quşdur, kütləsi 12,5 kq-a çatır. Ümumi rəngi qonur, çalma lələkləri qaradır. Başı keçəldir (qonur qu lələklərlə örtülüb). Boynunun dərisi lələksiz göyümtüldür, dibində sərt lələklərdən "yaxalıq" var.

Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda dağ və dağətəyi rayonlarda məskunlaşıb. Oturaq yaşayır, lakin yüksək dağlıqda yalnız nəsil verir, qışlamaq üçün düzənliyə qədər enir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Qayalıq və seyrək meşə olan sahələrdə nəsil verir, yem üçün açıq landşaftlara da uçur. Fevral ayının 2-ci yarısında yuva tikir və ya köhnə yuvasını təmir edir. Kolonial həyata keçid mərhələsində yerləşir. Eyni yuvadan bir neçə il istifadə edir. Mart ayında bir ədəd ağ yumurta verir, 52 gün kürt yatır, yuvada 100 günə qədər bala bəsləyib böyüdürlər. Avqustda pərvaz balası təsadüf edilir. Əsas yemini leş təşkil edir, onu hündürdə süzmə uçuşu etməklə axtarıb tapır. Tısbağa, kərtənkələ, ilan, qurbağa və s. az əhəmiyyətli yemləridir.

Sayı və azalma səbəbi

[redaktə | mənbəni redaktə et]

XIX əsrdə çoxsaylı olub. XX əsrdə populyasiyasının sıxlığı azalaraq adi saylı olub. Əsrin axırında 60 cütdən çox olmayıb. Son 10 ildə coğrafi yayılması olduğu kimi qalır amma sayı azalıb, 38 quş qalıb, yəni 68 % azalıb.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Uzun müddət zərərli hesab edilib təqib olunması, yem bazasının zəifləməsi, yuva tikdiyi ağacların qırılması, səs-küyün çoxalması.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması və satışı qadağandır. Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabına daxil edilib. Zooparklarda nümayiş etdirilib əhaliyə tanıdılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir. Beynəlxalq miqyasda qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yem bazasının qorunması, yuva tikdiyi ağacların qorunub saxlanılması, yuvası yaxınlığına leş atılması

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.
  • Azərbaycan Respublikasının QIrmızı kitabı. Fauna. II nəşr. 2013, 139 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]