Qaranohur

Qaranohur — Azərbaycanın İsmayıllı rayonu ərazisində yerləşən yüksək dağ gölü. İsmayıllı şəhərindən 8 km şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən 1520 m yüksəklikdə yerləşir[1]. Böyük Qafqaz dağlarından axan Qaranohur çayının hövzəsinə daxildir.

Qaranohur
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1520 m
Eni ≈0,1 km
Uzunluğu ≈0,12 km
Sahil uzunluğu ≈0,4 km
Sahəsi ≈0,009 km²
Duzluluğu >1000 mq/l
Yerləşməsi
40°48′46″ şm. e. 48°15′04″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Yerləşməsi İsmayıllı rayonu
(Azərbaycan)
Qaranohur xəritədə
Qaranohur
Qaranohur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1966-cı ildə Lahıca İsmayıllıdan asfalt yol çəkilənə qədər Qaranohur gölü əsas dayanacaq rolu oynayırdı. İsmayıllı rayon turizm informasiya mərkəzinin rəhbəri S. Süleymanovun sözlərinə görə Qaranohur gölü rayonun gələcək turizm mərkəzlərindən biri ola bilər.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Qaranohur gölünün göy üzündən çəkilmiş görüntüsü

Gölün minerallaşması yüksəkdir. 1000 mq/l-i keçmir. Bu gölün suyu kənd təsərrüfatı üçün əlverişli deyildir. Yayda suyunun temperaturu 15°С-dən təşkil edir. 1959—1960-cı illərdə H. İ. Zamanov və R. B. Tarverdiyev göldə hidroloji işlər aparmış və həmçinin gölün sutkalıq temperaturunu ölçmüşlər. Nəticədə günlük amplitud 27,7° - 18,0°С arasında dəyişdiyi müəyyən edilmişdir.

Sahildən aralandıqca Qaranor gölünün ortasında şəffaflıq maksimuma çatır. Göl ehtimalən Mezozoy dövrünün sonu, Kaynozoy erasının əvvəlində baş vermiş konvergensiya prosesləri nəticəsində yaranmış tektonik proseslərin nəticəsində yaranıb. Gölə gedən cığır yollar 2006-cı ildə qurulmuşdur.[2]

Azərbaycan dilində işlənən qara — «rəng» və nohur — «göl», «su tutarı», «bataqlıq» sözlərinin birləşməsindən meydana gəlmişdir. Gölün yüksək minerallaşmasına görə onun suyundan kənd təsərrüfatında istifadə etmək mümkün olmadığından ətraf ərazidə yaşayan insanlar ona "Qara" adını vermişdilər.

  1. "Qaranohur. Görməyə dəyər!". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-01.
  2. "Qaranohur gölündən REPORTAJ". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-31.