Qaranquş yuvası qalası (Krım)

Qaranquş yuvası qalasıKrımın ən əhəmiyyətli simvollarından biri olan pəri nağılı qəsridir. Mishor bölgəsində Gaspırada Ay Todor burnundakı 38 metrlik Avrora (Avrorina) uçurumuna başlanğıcda Alman neft əyani Baron Shteingel üçün Amerikalı memar A. Şervodun dizaynı ilə 1912-ci ildə inşa edilmişdir. Orta əsr qalası şəklində hazırlanmışdır. 1927-ci ildəki zəlzələdən sonra qayaların bir hissəsi dənizə düşmüş və quruluş tamamilə qayalığın ən son ucunda qalmışdır. Zəlzələdən sonra zədələnmiş divarları bərpa edilmişdir.


Tikilinin yanında I və III əsrdən qalma tarixi bir Roma qalasının qalıqları mövcuddur. Bölgədə Ay Todor burnunda Ai Todorsky fənəri yerləşir.


Almaniyanın Ren sahillərindəki Rittenburg qəsrinin kiçik bir surəti olan Qaranquş yuvasının gəzinti meydançasından Qara dənizi bütün ehtişamı ilə seyr etmək ayrı bir həzz verir ziyarətçilərə. Hazırda bina içində bir İtalyan restoranı fəaliyyət göstərir. Restoran-kafe qismi olduqca bahalıdır. Vaxtı uyğun olanlar bu restoranda Qara dənizin möhtəşəm mənzərəsi altında yemək yeyə və ya dərhal yanındakı çimərlikdə dənizə girə bilərlər. Yaltadan 10 km kənarda yerləşən qalaya avtomobil yolu ilə getmək olduğu kimi havanın və dənizin uyğun olduğu dövrlərdə dənizyolu ilə də getmək olur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Kırlangıç Yuvası (Lastivchyne Hnizdo / Lastochkino Gnezdo), 1911-1912[ölü keçid]