Qarant Sığorta

"Qarant Sığorta" (rəsmi adı: "Qarant Sığorta" ASC) — Azərbaycanda fəaliyyət göstərmiş sığorta şirkətlərindən biri.

Tarixi və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

"Qarant Sığorta" 2008-ci ilin əvvəlində faktiki fəaliyyətə başlamışdır[1].

Azərbaycanın sığorta bazarında Korporativ Sosial Məsuliyyət mədəniyyətini tətbiq etmiş ilk şirkətdir[1].

"Qarant Sığorta" ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən 25 dekabr 2015-ci il tarixində sığortaçının könüllü ləğv edilməsinə dair qəbul edilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Qarant Sığorta" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilmişdir[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 ""Qarant Sığorta Agenti" MMC yaradılıb". 2009-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-27.
  2. "Qarant Sığorta" LƏĞV OLUNDU Arxivləşdirilib 2017-07-04 at the Wayback Machine. milli.az, 27.09.2016  (az.)