Qaraqala yaşayış yeri — Babək rayonunun eyniadlı kəndi yaxınlığında, Naxçıvançayın sol sahilində Son Tunc və İlk Dəmir dövrlərinə aid yaşayış yeri.[1]
Qaraqala yaşayış yeri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Babək |
Yerləşir | Babək kəndi |
Tikilmə tarixi | 2-1-ci minilliklər |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Yaşayış yeri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
1954-cü ildə qeydə alınmışdır. Sahəsi 3 hektardır. Təpəyəoxşar yüksəklikdə yerləşən yaşayış yerindən xeyli boz və qırmızı rəngli gil qab fraqmentləri, obsidian (dəvəgözü) və çaxmaqdaşı qırıqları, çaydaşları və s. toplanmışdır. Tapıntılara əsasən evlərin daş bünövrə üzərində çiy kərpicdən tikildiyini demək olar. Mədəni təpəqə kül qarışıq torpaq laylarından və müxtəlif arxeoloji materiallardan ibarətdir. Buradan gil qab qırıqları, dən daşları, həvəng və dəstələr, sürtgəclər aşkar olunmuşdur. Materiallar Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Tapıntılara əsasən abidə eradan əvvəl II–I minilliklərə aid edilir.