Qaraqaya SES

Qaraqaya SES[2] (türk. Karakaya Barajı) — Türkiyədə Fərat çayı üzərində inşa edilmiş su-elektrik stansiyası. Stansiya b1987-ci ildə istifadəyə verilmişdir. Cənub-Şərqi Anadolu layihəsi əsasında inşa edilmiş 21 su-elektrik stansiyasından biri. Burada güçü 300 MVt olan turbinlərin sayəsində ümumi güçü 1800 МВт olan elektrik enerji istehsal edilir.

Qaraqaya SES
Xəritə
Ümumi məlumatlar
Çay Fərat çayı
Status İşlək
İstismara verilib 1987
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 1800 MVt
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Turbin sayı 3x25 MVt
Əsas qurğular
Bənd tipi Torpaq
Yerləşməsi
38°13′40″ şm. e. 39°08′20″ ş. u.HGYO
Ölkə  Türkiyə
Yer Elazığ ili[1]
Qaraqaya SES xəritədə
Qaraqaya SES
Qaraqaya SES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hər ilin su səviyyəsi aşağı düşən dönəmlərdə bir kəndin məscidinə aid olan minarə su səthinə çıxır. Suyun 30 metr üzərinə çıxmasına baxmayaraq dağılmamışdır.

Qaraqaya SES önündə 173 metr hündürlüyü olan dəmir-beton konstruksiyalı bənd vardır. Su elektik stansiyanın 1800 MVt gücü sayı 6 olan, hər birinin isə 300 MVt gücə malik turbinlər təşkil edir. Su anbarının sahəsi 298 km²-dir. Su tutumu isə 9,5 km³-dir.

Suriya və İraqla münaqişə

[redaktə | mənbəni redaktə et]

Fərat çayı istər Suriya istərsə İraqda kənd təsərrüfatı və içməli suyun təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən su anbarının inşası planlaşdırılarkən hər iki dövlət bunun əlehinə çıxmışdır. Bunun nəticəsi olaraq danışıqlar aparılmış və sonda anbardan 500 m³ suyun axıntısı təmin olunacağı razılaşdırılmışdır.

2013-cü il məlumatlarına görə Qaraqaya SES inşası zamanı 30 000 insan bölgədən köşürülmüşdür. Anbarda su səviyyəsi azalarkən müşahidə edilən minarə bir kəndə məxsusdur. Bu mənzərə istər yerli istərsə xarici turistləri bölgəyə cəlb edir. Təkcə bu kənddə 600 insanın yaşadığı ehtimal edilir. Hər il insanlar minarənin görünməsini bayram edirlər. Bu yerli əhali arasında bir adətə çevrilmişdir. Gələcəkdə məscidin tarixi abidə elan edilməsi və onun bərpası planlaşırılır[3].

Ekoloji vəziyyət

[redaktə | mənbəni redaktə et]

Qaraqaya su anbarı region üçün olduqca əhəmiyyətlidir. Onun suyundan həm kənd təsərrüfatında istifadə edilir həm də burada balıq yetişdirilir. Suyun müayinəsi onun kirləndiyini göstərmişdir. Buna səbəb isə əkinçilikdə istifadə edilən kimyavi gübrələrdir.

  1. GEOnet Names Server. 2018.
  2. "Каскад на Евфрате. Битва за воду". Блог РусГидро. Пресс-служба РусГидро. 2011-09-21. 2017-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.
  3. "'Yalnız minare' 30 yıldır ayakta". Bursada Bugün. 2017-05-15. 2017-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15.