Qarasuçay — Ucar, Kürdəmir, Sabirabad, Əli Bayramlı rayonlarında Kür çayının qədim yatağı ilə axan çay.
Qarasuçay | |
---|---|
Ölkə |
Çay, əslində, Göyçayın davamı olub, bataqlıq-göl və bunları birləşdirən qollardan ibarətdir. Göyçay, Girdimançay və Ağsuçayın sularından əmələ gəlir və Hacıqabul gölünə tökülür. Yay zamanı suyu çox azalır. Çayda balıq ovlanır. Qarasu bataqlığı, Şirvan Qarasuyu da adlanır.[1]