Qardaşlıq köməyi (film, 1944)

Kinooçerk faşist işğalçılarından azad edilmiş Stavropol diyarı rayonlarının əhalisinə Azərbaycan xalqının göstərdiyi köməyindən bəhs edir.

Qardaşlıq köməyi
Janr sənədli film
Rejissor Ağaəli Dadaşov
Ssenari müəllifi Vladimir Yeremeyev
Operatorlar Vladimir Yeremeyev
Leonid Koretski
Bəstəkar Tofiq Quliyev
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 1944
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
Dil rusca
İl 1944
Texniki məlumatlar 1 hissə
330 metr
35 mm
Rəng ağ-qara

Film dağıdılmış Mineralnıye Vodının panoramı ilə başlanır. Küçələrdə, uçub dağıdılmış evlərin qarşısında mitinqlər keçirilir, adamlar faşistlərin vəhşiliklərindən danışırlar. Onlar zərər çəkmişlərə kömək məqsədilə sovet xalqına müraciət edirlər. Azərbaycan bu müraciətə birinci qoşulanlardan biri oldu. Ekran vasitəsilə biz Stavropol diyarına mal-qara, taxıl dolu vaqonlar göndərildiyinin, məktəblilərin öz dostları üçün dəftər və dərs kitabları yığmalarının, toxuculuq və ayaqqabı fabriklərinin, şüşə və konserv zavodlarının sexlərində Stavropol rayonlarına göndərmək üçün əməkçilərin məhsul hazırlamalarının, bir sözlə-hər bir kəsin bu xeyirxah təşəbbüsdə iştirak etdiyinin şahidi oluruq.

Ekranda Azərbaycandan gedən Bakı-Sevastopol, Bakı-Mozdok, Bakı-Pyatiqorsk qatarları şütüyür. Onlar Azərbaycan xalqının hədiyyələrini aparırlar.

Filmin sonunda tamaşaçılar Bakıda gənc suvorovçular məktəbində oxuyan Stavropol uşaqları ilə tanış olurlar.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Ağaəli Dadaşov
Ssenari müəllifi: Vladimir Yeremeyev
Operator: Vladimir Yeremeyev, Leonid Koretski
Bəstəkar: Tofiq Quliyev
Musiqi tərtibatı: M.Rayev
Səs operatoru: İlya Ozerski
  • M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 88-89.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.