Qarmaqvarı şam

Qarmaqvarı şam — Təbii halda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Göygöldə, Zəyəm çayının sol sahilində yayılmış, hündürlüyü 25 m olan, bir gövdəli ağac.

Qarmaqvarı şam
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qarmaqvarı şam
Beynəlxalq elmi adı

Çətiri piramida formalı və ya yumrudur. Gövdənin aşağı hissəsinin qabığı tünd-qonur rəngli, dərin yarıqlı, yuxarısında qırmızı-sarı, budaqları boz, cavan budaqları açıq-sarıdır. Yarpaqları cod, duz və az əyilmiş, göyümtüldür, uzunluğu 2-7 sm və eni təxminən 0,2 sm-dir. Qozaları konusşəkilli, assimmetrik, kənar pulcuqları zəif dişlidir. Qozaları tək-tək və ya 2-4 ədədi bir yerdə yerləşir. Parlaq, oval-şar şəkillidir, əvvəlcə yaşıl, sonra qonur-qırmızı olur. Böyümənin axırında qonur-boz rəngdə olur. Aşağı əyilir, uzunluğu 1,5-5,5 sm və qaidəsində eni 2-4 sm-dir. Pulcuqları qırışlı qalxanlıdır. Belə ki, qarmaqvarı şam bir çox bioloji, ekoloji və morfoloji əlamətlərinə görə adi şama oxşayır. 1961-ci ildən sərbəst növ kimi ayrılmışdır. Bakı Nəbatat bağında və Mərdəkan dendrarisində qarmaqvarı şam mədəni şəraitdə becərilir. Toxum verməsi 10 yaşdan başlayır, 1 ildən sonra yetişir. Toxumla çoxalır, qışa davamlılığı yüksəkdir. Əvvəllər şamın bu növü adi şamın növ müxtəlifliyi hesab edilirdi. Qozaların sarı-qonur olması ilə adi şamdan fərqlənir. Gözəl tünd-yaşıl iynəyarpaqları qışda saralmır. Abşeronda yeni salınan parklarda, bağlarda rast gəlinir.

Məlumat mənbələri

[redaktə | mənbəni redaktə et]
  1. Деревья и кустарники СССР. т.3.1954;
  2. Флора Азербайджана. т.5. 1954;
  3. Azərbaycanın ağac və kolları. III cild. 1970;
  4. Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  5. Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
  6. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  7. Tofiq Məmmədov, Elşad Qurbanov, Tariyel Talıbov.