Qarnakeryanın binası (Rostov-na-Donu)

Qarnakeryanın binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Puşkinski küçəsi, ev 78 ünvanında yerləşir. Binada şair Aşot Qeorqieviç Qarnakeryan, Aleksandr Pavloviç Oleniç-Qnenenko və yazıçı Qeorqieviç Filippoviç Şoloxov-Sinyavski yaşamışdır. Bina 1960-cı ildə konsstuktivizm stilində inşa edilmişdir.

Qarnakeryanın binası
rus. Дом Гарнакерьяна
Xəritə
47°13′30″ şm. e. 39°42′56″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1960
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Puşkinski küçəsi, ev 78 ünvanında yerləşir. Bina 1960-ci ildə inşa edilmişdir. Aleksandr Pavloviç Oleniç-Qnenenko binanın ikinci mərtəbəsində 3-cü mənzildə, Aşot Qeorqieviç Qarnakeryan isə 4-cü mənzildə yaşayırdı. Qeorqieviç Filippoviç Şoloxov-Sinyavski dördüncü mərtəbə mənzil altı ünvanında yaşayırdı. Bütün yazıçıların kabinetləri cənub istuqamətdə yerləşir.

Şairlərin kabinetləri öz ilkin görünüşünü itirmişdir. Qeorqieviç Filippoviç Şoloxov-Sinyavski kabineti isə ilkinliyini qorumuşdur.

1967-ci ildə binanın fasadına memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır: «Bu binada 1960 - 1967-ci illərdə Qeorqieviç Filippoviç Şoloxov-Sinyavski yaşamış və işləmişdir»

1971-ci ildə binanın fasadına ikinci memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır: «Bu binada 1960 - 1971-ci illərdə Pavloviç Oleniç-Qnenenko yaşamış və işləmişdir»[1].

1978-ci ildə binanın fasadına üçüncü memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır: «Bu binada 1960 - 1977-ci illərdə Aşot Qeorqieviç Qarnakeryan yaşamış və işləmişdir». Bu memorial lövhənin üzərində Aşot Qeorqieviç Qarnakeryan barelef vardır.

Bina dörd mərtəbədəndir. Kənpiçdən inşa edilmişdir. Hündür zirzəmiyə sahibdir. İkinci mərtəbədən etibarən eyvanlar vardır. Mərtəbələr arasında karniz vardır. Bina dördbucaqlı formaya malikdir.

  • Гегузин И. Страницы ростовской летописи. - Ростов-н/Д., 1983. - С. 151 - 155, 158 - 160.
  • Писатели Дона. Библиографический указатель. - Ростов-н/Д, 1986.- С. 77 - 81, 244 - 245, 387
  1. "Памятная доска А.П.Оленичу-Гнененко в г.Ростове-на-Дону". 2017-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.