Qarnye Sarayı

Qarnye Sarayı (fr. Palais Garnier) və ya Qarnye Operası (fr. Opéra Garnier) — Parisdə eyni adlı metro dayanacağının yanında, Opera prospektində yerləşmiş, elektik memarlığın bozar üslubunda tikilmiş etalon sayıla biləcək memarlıq abidəsidir.

Qarnye Sarayı
fr. Palais Garnier
Xəritə
48°52′19″ şm. e. 2°19′54″ ş. u.HGYO
Ölkə  Fransa
Şəhər Paris
Aidiyyatı Akademik Milli Opera Teatrı 1875-1978
Paris Milli Opera Teatrı 1978-1989
Memar Şarl Qarnye
Sifarişçi III Napoleon
Tikilmə tarixi 1862-1875
Üslubu Barokko, Bozar (fr. beaux-arts)
Material mərmər, Çuqun
Rəsmi sayt www.visites.operadeparis.fr
Fransa tarixi abidələri
İstinad nöm.PA00089004
Qarnye Sarayı (Paris)
Qarnye Sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina uzun müddət Paris Operası adlanmış, 1989 cu ildə Bastiliya meydanında yeni opera (Bastiliya Operası) inşa edildikdən sonra, onu sadəcə olaraq memarı Şarl Qarnyenin adı ilə adlandırmışlar. Hal-hazırda hər iki opera Paris Milli Operası (fr. Opéra national de Paris) adı altında ictimai-kommersiya müəssisəsi kimi fəaliyyət göstərir.

Qarnye Sarayı 1669 cu ildə XIV Lüdovik tərəfindən rəsmi olaraq incəsənətin bir növü kimi tanınan Parisin sayca on üçüncü olan operasıdır. 14 yanvar 1858 ci ildə III Napoleon köhnə opera Lö Peltye (fr. Le Peletier) binasında ona edilən qəsd cəhdindən sonra ora getməkdən imtina edərək , yeni opera binası tikilməsini tələb edir. Elan edilmiş tenderdə naməlum memar Şarl Qarnye qalib çıxaraq və dərhal 1865 ci ildə binanın tikintisinə başlayır. Lakin çoxlu fasilələr (1870 ci ildə müharibə, imperiyanın çökməsi, Paris kommunası) tikintini 15 il müddətinə uzanmasına səbəb olur. Nəhayət 30 dekabr 1874 cü ildə Üçüncü Respublika dövründə 36 million qızıl franka başa gələn opera binasının inşası bitmiş olur. Qrand Operanın açılışı 15 yanvar 1875 ci ildə baş verir. Bu barədə Qaston Leru öz romanında yazırdı ki, memar Şarl Qanye açılışa dəvət olunmadığına görə ozü özünə bilet almağa məcbur olmuşdur.(Həqiqətdə isə memar öz həyat yoldaşı ilə rəsmi olaraq dəvətli olmuşdur.)

  • Sahəsi: 11 237 m²;
  • Uzunluğu: 173 m;
  • Eni: 125 m;
  • Zirzəmidən Apolon lirasına qədər hündürlüyü: 73,60 m;
  • Giriş pilləkanın hündürlüyü: 30 m;
  • Böyük foyenin ölçüləri: hündürlüyü 18 m, uzunluğu 54 m, eni 13 m;
  • Tamaşaçı yalının ölçüləri: hündürlüyü 20 m, uzunluğu 32 m, eni 31 m;
  • Çilçırağın çəkisi: 8 t.;
  • Səhnənin ölçüləri: hündürlüyü 60 m (bunun 45 m-ni səhnəaltı və 15 m-ni isə səhnəüstü təşkil edir), geninə eni (daxili genişliyi) 27 m, eni 48,5 m (pərdələr 16 m eninə açılır).
Zala, salonlara və foyeyə açılan giriş pilləkanları
Böyük foye
Tamaşaçı zalı

Vestibül və pilləkanlar

[redaktə | mənbəni redaktə et]

Operanın vestibül və pilləkanları binanın maraqkəsbedici hissələrindən sayılır. Müxtəlif rəngli 30 növ mərmərdən döşənmişdir. Əsas pilləkanın vestibülü təkrar olaraq iki tərəfli pilləkanlara, keçərək teatrın foyesinə ordan da zala açılır. Dörd hissəli tavan müxtəlif musiqi alleqoriyalarla işlənilmişdir. Pilləkanların başlanğıcında aşağıda bir cüt əlində işıq buketi tutmuş qadın fiqurlu torşer yerləşmişdir.

Antrakt zamanı tamaşaçıların gəzişməsi üçün Foye geniş olub həddindən ziyadə yaraşıqlı, qızılı fonda gözəl mozayik üslubda işlənilmişdir. Buradan giriş pilləkanları ovuc içi kimi görünür. Böyük foye Qarnye tərəfindən qədim qəsrlərdə mövcud olan geniş girəcək və ya dəhliz qalereyası əsasında düşünülmüşdür. Foyenin güzgü və pəncərələrlə tərtibi ona daha da geniş forma verir. Tavanında Pol Bodri tərəfindən işlənmiş, əsasən dekorativ elementi lira olan musiqi tarixindən süjetlər həkkolunmuşdur. Foyenin düz mərkəzində, Luvra qədər uzanan Opera prospektinə açılan pəncərələrin önündə heykəltaraş Karpoya məxsus memar Şarl Qarnyenin büstü qoyulmuşdur. Qalereyanın sonunda sonralar yaradılmış hələ də 1900-cü ilin abı havası duyulan güzgülü salon adlanan, divarlarında müxtəlif növ içkilər: çay, qəhvə, şampan və ov səhnələri təsvir olunmuş bar yerləşmişdir.

Tamaşaçı zalı

[redaktə | mənbəni redaktə et]

Tamaşaçı zalı qızılı-qırmızı çalarlara malik italyansayağı döşənmişdir. Tavanın ortasından işıqlandırma üçün böyük billur çilçıraq asılmışdır. Zal qırmızı məxmər üzlüklü 1900 oturacağa malikdir. Loja hücrələrində məşhur bəstəkarların (Halevi, Mayerber, Rozini, Auber, Şpontini, BethovenMosart) qızılı bürünc büstləri qoyulmuşdur. Xarici görnüşdə: tamaşaçı zalının böyük künbəzinin üzərində əlində lira tutmuş Apolonun heykəli qoyulmuşdur.

Şəkil qalereyası

[redaktə | mənbəni redaktə et]
Şarl Qarnye

Bunlar maraqlıdır

[redaktə | mənbəni redaktə et]
  • Layihə təqdim olunarkən İmperatriça Yevgeniya Şarl Qarnyedən onun hansı memarlıq üslubunda işlənildiyini soruşur: "Bu necə üslubdur? Nə yunan, nə XV Lüdovik, nə də XVI!" Qarnye belə cavab verir: "Bu ki, III Napoleondur və siz onu bəyənmirsiniz?!". İmperator Qarnyeni kənara çəkib qulağına pıçıldayır: "Narahat olmayın, onun onsuz da belə şeylərdən başı çıxmır". Beləliklə Napoleon üslubu yaranmış olur.
  • Bəd 13 ədədi: Opera Qarnye sayca Parisin 13 cüsüdür; 29 may 1896 cı ildə nizamlayıcı 700 kq-lıq çilçıraq "Faust" tamaşası gedərkən düşməsindən 13 nömrəli oturacaqda əyləşmiş tamaşaçı ölür; gənc balerina giriş pilləkanının 13 cü pilləsindən yıxılaraq tələf olur.
  • Qaston Lerunun məşhur "Opera fantomu" romanında opera binasının altında gölün olması göstərilir. Həqiqətdə də binanın zirzəmisində özülün davamlığını artırmaq və baş verə biləcək yanğını söndürmək üçün su anbarı mövcuddur.
  • Gérard Fontaine: Le grand théâtre national de Pékin: Comment réussir un opéra de Charles Garnier à Paul Andrieu. Agnès Viénot Editions 2003, ISBN 2-914645-09-0, Fransız dilində.
  • Paris, Alan Tillier, Ein Dorling Kindersley Buch,reiseführer, VİSaVİS Neuauflage 2007/2008, ISBN 978-3-928044-37-0
  • Paris, Teresa Fischer, Falk reiseführer, Auflage 2004, ISBN 3-8279-0175-8,